İçərisində polis əməkdaşlarının olduğu “Fiat” markalı polis maşını Kür çayına aşıb. Hadisə nəticəsində avtomobildəki polis əməkdaşlarından biri həlak olub.
Bizimyol.info xəbər verir ki, hadisə iyulun 17-də səhər saat 06.30 radələrində Yevlaxda baş verib. Polis maşınının içərisindəki 4 nəfər isə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları olub. Həmin vaxt onların gecə növbəsində xidmətdə olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizimyol.info-ya bildirilib ki, hadisə nəticəsində avtomobildə olan polis əməkdaşlarından biri – polis serjantı Kamran Məmmədov həlak olub.
“Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur”, - nazirliyin mətbuat xidmətindən bildirilib.
Aytən, Bizimyol.info