Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyanın qışı keçirə biləcək qədər qaz ehtiyatı yoxdur
Almaniyanın qışı keçirə biləcək qədər qaz ehtiyatı yoxdur

“Hazırda Almaniyanın qaz anbarları Rusiyadan qaz verilmədən qışı keçirə biləcək qədər dolu deyil”.

“Report” xəbər verir ki, bu sözləri Federal Şəbəkə Agentliyinin (Almaniya tənzimləyicisi - Report) rəhbəri Klaus Müller “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.

“Qaz anbarları demək olar ki, 65% doludur. Bu, əvvəlki həftələrlə müqayisədə yaxşıdır, lakin hələ də Rusiya qazı olmadan qışdan çıxmaq üçün kifayət deyil. “Şimal axını” qaz kəmərində profilaktik işlər cümə axşamı başa çatdırılmalıdır. Bundan sonra qazın kəmərdən keçib-keçməyəcəyindən çox şey asılıdır ”, - deyə o, əlavə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »