Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Suriya konstitusiyası ilə bağlı danışıqların mümkün olmadığını bildirib
BMT Suriya konstitusiyası ilə bağlı danışıqların mümkün olmadığını bildirib

BMT Suriya konstitusiyası ilə bağlı iyulda keçirilməsi planlaşdırılan danışıqların qeyri-mümkün olduğunu bəyan edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen danışıqların iyulun sonunda keçirilməsinin mümkünsüzlüyünü açıqlayıb.

Bildirilir ki, 2022-ci il iyulun 25-dən 29-dək BMT-nin yardımı ilə fəaliyyət göstərən Suriyanın rəhbərlik etdiyi Konstitusiya Komitəsinin kiçik qurumunun Cenevrədə iclasının keçirilməsi artıq mümkün deyil.

Pedersen qeyd edib ki, Suriya nizamlanmasında iştirak edən bütün ölkələr bu prosesi dünyanın digər yerlərindəki fikir ayrılıqlarından qorumalıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »