Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” ASC-yə çevrilib
Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” ASC-yə çevrilib

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki, Cəmiyyət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;

Fərmana əsasən, Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərsığorta" ASC-nin Direktorlar Şurasının tərkibi təsdiqlənib.

"Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibi təsdiq edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »