Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da abort qadağan ediləcək
ABŞ-da abort qadağan ediləcək

ABŞ Konqresinin Nümayəndələr Palatası abort hüquqlarının federal təminatı haqqında qanun layihəsini dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, səsverməni “C-SPAN” telekanalı yayımlayıb. Qeyd olunur ki, konqresmenlər təşəbbüsün qəbul edilməsinə əleyhinə olanlardan (219 əleyhinə 210) bir qədər çox səs verib. Respublikaçılardan heç biri qanun layihəsini dəstəkləməyib.

Bu təşəbbüsün məqsədi iyunun sonunda ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilmiş təminatları qanuniləşdirməkdir. Qadınların abort etmək üçün başqa ştata getmək hüququnu təsbit edən təşəbbüs də təsdiqlənib. Onun lehinə 223, əleyhinə 205 deputat səs verib. Qanun layihəsi üç respublikaçının qoşulduğu bütün demokratlar tərəfindən bəyənilib.

Federal orqanların abort hüquqlarına zəmanət verdiyi “Roe Wade”-ə qarşı qərar iyunun 24-də verilib. Gələcəkdə Konqres tədbir görməsə, abort hüquqları ştatlar tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, fəallar bu qərardan qəzəbləniblər. Çünki ştatların təxminən yarısı aborta qadağa qoyan qanunlar qəbul edib və ya qəbul edəcək. Digər ştatlar isə proseduru tənzimləmək üçün sərt tədbirlər görüblər.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi federal hökumətlərin abort hüquqlarına zəmanət verdiyi barədə 1973-cü ildə “Rou v. Wade” qərarını ləğv edib. Yəni bundan sonra abort hüquqları ştatlar tərəfindən müəyyən ediləcək. Ştatların təxminən yarısı abortu qadağan edən qanunlar qəbul edib və ya qəbul edəcək. Digərləri isə proseduru tənzimləmək üçün ciddi tədbirlər görüblər.

“”Rou” əvvəldən açıq-aşkar səhv idi. Onun mülahizələri olduqca zəif idi və bu qərar dağıdıcı nəticələrə səbəb oldu”,- deyə hakim Samuel Alito bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »