Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniya Rusiya və Belarus vətəndaşlarına silah qadağası tətbiq edib
Estoniya Rusiya və Belarus vətəndaşlarına silah qadağası tətbiq edib

Estoniya ruslara və belaruslara silah saxlamağı qadağan edir. Belə ki, bundan sonra Rusiya Federasiyası və Belarus vətəndaşları üçün silah icazələri etibarsız sayılacaq və onlara sonradan icazə verilməyəcək.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Estoniya Rusiya Federasiyası və Belarus vətəndaşları üçün silah saxlamağı qadağan etmək qərarına gəlib.

Yeni koalisiya sazişinə görə, bu ölkələrin vətəndaşlarına silah saxlamaq qadağan edilir və bu günə qədər veilmiş bütün lisenziyalar ləğv ediləcək.

“Rusiya Federasiyası və Belarus vətəndaşları üçün silah icazələri etibarsız sayılacaq və bundan sonra onların verilməsi dayandırılacaq”,- deyə koalisiya sazişində deyilir.

Ölkənin Daxili İşlər Nazirliyi proqnozlaşdırır ki, lisenziyaların ləğvi qanunlara dəyişiklik tələb edir, bunun həyata keçirilməsi bir neçə ay çəkəcək. Xatırladaq ki, iyulun 16-da məlum olub ki, ABŞ Dövlət Departamenti Estoniyaya dəyəri 1,5 milyard dollar olan HIMARS çoxsaylı buraxılış raket sistemlərinin satışını təsdiqləyib.

Pentaqonun bildirdiyinə görə, Estoniya üçün təsdiqlənmiş paketə altıya qədər M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS) buraxılış qurğuları, döyüş sursatı, dəstək avadanlığı, ehtiyat hissələri və texniki dəstək daxildir.

Xatırladaq ki, Macarıstan Rusiyanın Ukraynaya təcavüzünün Transkarpatiyaya çatacağına dair ssenarilər hazırlayıb. Belə ki, artıq dövlət tədbirlər görməyə başlayıb. Hərbçilərin sərhəd mühafizəsindən çıxarılması da bu tədbirlərdən biridir. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto “Hirado” portalına müsahibəsində danışıb.

XİN-in məlumatına görə, onun ölkəsi müharibədən maksimum uzaqlaşma siyasətini davam etdirəcək. Dövlət hərbi əməliyyatlara cəlb olunma ehtimalını minimuma endirmək istəyir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »