Gələcəklə bağlı dəqiq proqnozları ilə bütün dünyanı heyrətə gətirən bolqar kahini Vanqa qarının söylədiyi 6 proqnozdan ikisi artıq reallaşıb.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Vanqa vaxtından əvvəl körpə kimi doğulduğu üçün ailəsi ona dərhal ad vermək istəməyib. Həmin dövrün adət-ənənələrinə görə, sağ qalıb-qalmaması qeyri-müəyyən olan körpələrə ad qoymağa icazə verilmirdi. İlk dəfə ağlayanda uşağa necə müraciət edəcəyini bilməyən dayəsi yeni doğulan körpəyə ad qoymağa qərar verib.
Küçəyə çıxan dayə ilk gördüyü yad adamdan körpəyə ad qoymasını xahiş edib. Körpəyə ilk dəfə Andromaha adını qoyan yad adamın bu məsləhəti Andromaha yunan adı olduğu üçün qəbul edilməyib. Başqa bir əcnəbi yunanca Vangelia adını təklif edib və bu təklif qəbul edilib. Beləliklə, “Vanqa qarı” əfsanəsi yaranır.
Uşaqlığı normal keçən Vanqanın həyatı Birinci Dünya Müharibəsinin başlaması ilə kabusa çevrilir. Vanqanın anası müharibənin ağır şərtlərinə dözə bilməyib və qısa müddətdə dünyasını dəyişib. Anasının ölümündən sonra Vanqa uşaqlığının çox hissəsini qohumları və qonşuları ilə keçirib.
Vanqanın həyatı fırtınanın onu 2 kilometr uzağa atması ilə dəyişir. Uzun axtarışlardan sonra tapılan Vanqanın gözlərini itirdiyi və bir daha görməyəcəyi məlum olur. Bu hadisə ilə Vanqanın həyatı tamamilə qaranlığa qərq olur. Ancaq bundan narahat olmayan Vanqa, gözlərini itirməsi qarşılığında gələcəyi görməklə mükafatlandırıldığını bildirib.
1939-cu ildə Vanqa plevrit xəstəliyinə tutulur. Həkim onun çox yaşamayacağını desə də, Vanqa həkiminə etiraz edərək, qarşıda uzun illər olduğunu bildirir. Əvvəlcə heç kim diqqət etməsə də, zaman Vanqanın haqlı olduğunu göstərir. Bu hadisədən sonra Vanqanın adı onun yaşadığı əraziyə yayılmağa başlayır və insanlar onun proqnozlarını dinləmək üçün tez-tez ona baş çəkməyə başlayır.
Vanqanın proqnozları
Vanqa 1989-cu ildə Amerikanın 2001-ci ildə iki polad quş tərəfindən vurulacağını deyəndə çoxu onun nə demək istədiyini başa düşə bilmirdi. Ancaq 11 sentyabr 2001-ci ildə ABŞ-dan gələn xəbər bütün dünyanı şoka saldı. ABŞ-ın Nyu-York şəhərinin ən məşhur tikililərindən biri olan “Əkiz qüllələr” kimi tanınan Dünya Ticarət Mərkəzi iki təyyarə ilə hədəfə alınır və hər iki tikili terror aktından sonra ağıq zədə alır. Minlərlə insan həyatını itirir. O andan etibarən dünya tarixini kökündən dəyişdirəcək bir dövr başlayır. Vanqa haqlı idi.
Qeyd edək ki, Vanqanın 2022-ci il üçün söylədiyi 6 proqnozdan 2-si artıq reallaşıb. Bütün dünya üçün çətin dövr kimi qəbul edilən 2020-ci ildən sonra Vanqanın dediklərini çox adam izləyir. Vanqanın 2022-ci il üçün proqnozlarından bəzilərinin şok dəqiqliklə gerçəkləşdiyi düşünülür.
Onun proqnozlarından biri dünyanın yeni pandemiya dalğası ilə bağlı idi. Vanqanın söylədiyi ölümcül epidemiya proqnozu bir çox insanın narahatlığına səbəb olmuşdu. Vanqa Sibirdə donmuş torpağın altında qalan ölümcül virusun aşkar ediləcəyini demişdi. Bu gün bəzi elm adamları qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən bəşəriyyətin yaxın gələcəkdə viruslarla qarşılaşacağını bildirirlər.
Vanqanın digər mühüm proqnozu isə ciddi quraqlıq və qıtlığın olacağı ilə bağlı idi. Bir çox insanlar Avropada həddindən artıq istilərin və ümumdünya taxıl böhranının Vanqanın proqnozları ilə üst-üstə düşdüyünü düşünür. Vanqa güclü istilər nəticəsində içməli su böhranı və çəyirtkə istilası olacağını da proqnozlaşdırmışdı.
Vanqanın 2022-ci il üçün proqnozlarına yadplanetlilərin işğalı və gündəlik həyatda daha çox yer alan virtual reallıq daxildir.
İlahin, Bizimyol.info