Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin müharibə üçün vaxtı tükənir"
"Putinin müharibə üçün vaxtı tükənir"

Müharibənin uzanması Kremlə heç sərf etmir. Çünki ölkənini ayrı-ayrı yerlərindən narazılıq sədaları eşidilir. Moskva müharibəni mümkün qədər tez bitirməlidir.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın ardıcıl üç prezidentinin Rusiya məsələləri üzrə məsləhətçisi olmuş Fiona Hill Qərbin Ukraynadakı döyüşlərlə bağlı bir məsələdə yanıldığını düşünür. Onun fikrincə, Vaşinqton və Avropa yanlış olaraq müharibənin uzanmasının Kremlin işinə yaradığını düşünür. Hill bunun əksinə olduğuna əmindir.

Fiona Hill Fiona Hill

ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya üzrə keçmiş direkoru son müsahibəsində bədbinliyə əsas olmadığını bildirib. Vaşinqton qədər Moskva üçün də 2024-cü il prezident seçkiləri çox vacibdir. Putin qələbə haqqında çox düşünür.

“Putin əmin idi ki, müharibə bir neçə günə bitəcək. İndi isə Rusiya bataqlığa düşüb. Putinin “hələ başlamamışıq” açıqlaması geri çəkilmək üçündür. O, öz siyasi sisteminin sabitliyinin dərdini çəkir. Putinin müharibə üçün vaxtı tükənir”.

Hill deyir ki, Rusiya prezidenti məsələnin qışa qədər yubanmasından çox çəkinir. Putin 2011-2012-ci illər hadisələrini yaxşı xatırlayır. Onda Moskva və Sankt-Peterburqda böyük etiraz aksiyaları olmuşdu.

“Putin yaxşı bilir ki, yerin dərinliklərində böyük narazılıq gizlənir. Nə qədər ki, elitanın övladları yem kimi cəbhəyə göndərilməyib, insanların xüsusi əməliyyat deyilən hücumu dəstəklədiyi təəssüratı yaranır. Kişiləri zorla müharibəyə göndərirlər. Qadınlar ərlərinin və oğullarının geri qaytarılmasını tələb etməyə başlayıb. Digər yandan insanlar öz pul kisələrində qonşu ölkəyə hücumun təsirini hiss edir”.

Hill düşünür ki, Rusiya bundan sonra Ukraynada daha çox dinc sakin öldürməyə çalışacaq. Siyasətçinin fikrincə, Putin üçün qələbə qonşu ölkənin tamamilə məhv edilməsi deməkdir.

“Rusiya Donetsk və Luqanks vilayətlərini tam işğal etməyə çalışacaq. Bundan sonra Moskvanın əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün əməliyyat pauzası və ya barışıq elan etməsi mümkündür. Amma reallıqda bu, yalnız müharibənin davam etdirilməsi üçün zəruri olan müvəqqəti barışıq olacaq”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »