Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Prezidenti müxalifətin müraciətini təmin edib
Gürcüstan Prezidenti müxalifətin müraciətini təmin edib

Gürcüstan Prezidenti Salome Zurabişvili parlament müxalifətinin bir qisminin qanunverici orqanın növbədənkənar sessiyasının çağrılması ilə bağlı müraciətini təmin edib.

“Report” xəbər verir ki, dövlət başçısı sessiyanın iyulun 18-də çağrılması haqqında fərman imzalayıb.

S.Zurabişvili bildirib ki, qərarı hər hansı bir təzyiq altında qəbul etməyib və növbədənkənar sessiya ilə bağlı çağırış tam əsaslıdır: “Hesab edirəm ki, Avropa Komissiyasından aldığımız 12 tövsiyənin yerinə yetirilməsi bu gün ölkəmiz qarşısında duran ən böyük çağırışdır. Biz qanunları vaxtında qəbul etmək üçün səylərimizi birləşdirməli və ilk növbədə qütbləşmə məsələsini birgə və dialoq yolu ilə həll etməliyik”.

Qeyd edək ki, parlamentdə təmsil olunan müxalif deputatların bir qismi növbədənkar sessiyanın çağrılmasını Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizədlik statusu alması üçün şərtlərin mümkün qədər tez yerinə yetirilməsinə başlamaq üçün tələb edib. Spiker Şalva Papuaşvili müxalifətin çağırışını radikalizasiyaya cəhd kimi qiymətləndirib. O qeyd edib ki, çoxluğun dəstəyi olmadan müxalifət heç bir qanun qəbul edə bilməz.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »