Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi ərazilərdə kəskin isti hava şəraiti olacaq
Bəzi ərazilərdə kəskin isti hava şəraiti olacaq

Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41°-dək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizimyol.info-ya verilən xəbərə görə, şimal-qərb küləyi 18-dən 20-dək 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s olacaq.

İyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda kəskin isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir. Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »