Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Döyüş meydanında Ukraynanın xeyrinə ciddi dəyişikliklər baş verəcək”
“Döyüş meydanında Ukraynanın xeyrinə ciddi dəyişikliklər baş verəcək”

Ukrayna müharibəsində tərəflərdən heç biri aşkar üstyünlük qazana bilmir. Rusiya ordusu bir çox şəhərləri ələ keçirib. Amma itkilər o qədər böyükdür ki, bunu uğur adlandırmaq olmur.

Ukraynanın nəzərəçarpan hissəsi dağıdılıb. Buna baxmayaraq, Kiyevin məğlub olduğunu demək doğru deyil. Ukrayna silahlı qüvvələri lazımi müqavimət göstərir.

Bizimyol.info xəbər verir ki, Ukraynanın Müdafiə Naziri Aleksey Reznikov növbəti müsahibəsində nikbin danışıb. Onun fikrincə, ukraynalılardan yaxşı nəticələr gözləməyə dəyər: “Bu il uğurlu əks-hücumlar görəcəksiniz. İlin sonuna qədər döyüş meydanında Ukraynanın xeyrinə ciddi dəyişikliklər baş verəcək”.

Aleksey Reznikov Aleksey Reznikov

Nazir bildirib ki, son bir neçə həftədə Ukrayna HIMARS-larla Rusiyanın silah anbarlarına ardıcıl zərbələr endirib. Moskvanın artilleriya sistemləri böyük zərər görüb.

ABŞ istehsalı etdiyi reaktiv sistemi indiyə qədər 6 ölkəyə satıb. Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, İordaniya, Polşa, Rumıniya belə müasir silah əldə edə bilib. ABŞ kömək məqsədilə Ukraynaya 8 bu cür sistem göndərib. Son həftələr Kiyev HIMARS-ın aşkar faydasını görür. İyulun sonuna qədər Ukraynaya daha 4 reaktiv sistem veriləcəyi gözlənilir.

Reznikov deyib ki, HIMARS döyüş meydanında çox vacib silahdır. Onun fikrincə, ABŞ-ın istehsal etdiyi reaktiv sistem hətta müharibənini gedişin dəyişmək iqtidarındadır. Hiss olunur ki, Ukrayna silahlı qüvvələrinin son vaxtlar əldə etdiyi silahlar ordu rəhbərliyinə daha inamlı danışmağa şərait yaradır.

“Biz Rusiyaya göstəririk ki, HIMARS-dan çox dəqiq istifadə edə bilirik. Hələ daha uzaqdakı hədəfləri vuracağıq”.

Rusiya ordusunun Ukraynada itirdiyi hərbçilərin sayı 38 min nəfəri keçib. Rusiya Müdafiə Nazirliyi yalnız 4760 hərbi qulluqçunun həlak olduğunu bildirir. Kreml qoşunlarının azı 1672 tankı, 842 artilleriya sistemi, 220 təyyarəsi, 188 vertolyotu , 15 gəmisi və ya kateri sıradan çıxarılıb. Rusiya ordusunun başqa böyük itkiləri də var.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »