Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsinin daha bir qrup qazisi aktivlərlə təmin olundu – Video
Vətən müharibəsinin daha bir qrup qazisi aktivlərlə təmin olundu – Video

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində dəstək tədbirləri davam edir.

APA TV xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında Vətən Müharibəsinin daha bir qrup qazisinə xidmət və istehsal sahəsi üzrə aktivlər verilib.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Fərid Aslanov deyir ki, özünüməşğulluq proqramı çərçivəsində postmüharibə dövründə 7 min 784 nəfər şəhid ailəsi üzvü və qazi aktivlərlə təmin olunub.

Qeyd edək ki, özünüməşğulluq proqramında 30 istiqamət mövcuddur. Onlardan 26-sı xidmət və istehsal, dördü isə kənd təsərrüfatı istiqaməti üzrədir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »