Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada meşə yanğınları davam edir, əhali təxliyə edilir
Fransada meşə yanğınları davam edir, əhali təxliyə edilir

Avropa ölkələrində istilərin yaratdığı meşə yanğınları davam edir.

Bizimyol.info xəbər verir ki, Fransanın cənub-qərbindəki Jironde bölgəsində iki meşə yanğını indiyədək 7300 hektar ərazini məhv edib. Jironde bölgəsində iki fərqli nöqtədə alovla mübarizə davam edir.

Bölgənin ən şiddətli yanğınının yaşandığı, yolların giriş-çıxışlara bağlandığı Landiras qəsəbəsi ətrafında baş verən yanğınla əlaqədar daha 480 nəfər evlərindən təxliyə edilib.

Alovlar indiyədək 4200 hektar ərazini yandırıb. Arcaşon Bey bölgəsindəki yanğın hələ də nəzarət altına alınmayıb.

Bölgədə 3 min 100 hektar ərazi yanğına bürünüb. Alov nəticəsində 3 ev və 2 restoran yararsız hala düşüb.

9 təyyarə və min yanğınsöndürən ilə iki nöqtədə söndürmə işləri davam edir. İndiyədək ümumilikdə 11 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »