Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynada universitet binalarını raket atəşinə tutub
Rusiya Ukraynada universitet binalarını raket atəşinə tutub

Ötən gün Ukraynanın Vinnitsa şəhərində biznes mərkəzini hədəfə alan və çoxlu sayda insanın ölümünə səbəb olan Rusiya ordusu bu gün Mikolayiv şəhərində iki universitet binasını raketlərlə hədəfə alıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Ukraynada mülki yaşayış məntəqələrini hədəfə almaqda davam edir. Dünən biznes mərkəzinə raket hücumu nəticəsində 3-ü uşaq olmaqla 21 nəfər həlak olub. 100-dən çox mülki şəxsin yaralandığı hücumun izləri silinmədən növbəti hücum gəlib.

Rusiya ordusu Mikolayiv şəhərində iki universitet binasına raket zərbələri endirib. Mikolayiv qubernatoru Vitaliy Kim sosial media hesabında Rusiya ordusunun Mikolayevi 10 raketlə hədəfə aldığını açıqlayıb.

Qubernator deyib ki, “bu gün rus terrorçuları Mikolayivdə iki ən böyük universitetə ​​hücum etdilər. İndi təhsilimizə hücum edirlər”.

Təhlükəsizlik kamerasına düşən hücum anında binadan sıx tüstü qalxdığı görünür.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »