Türkiyə Milli Müdafiə Nazirliyi Barış Pınarı bölgəsinə hücuma hazırlaşan 9 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Nazirlik bununla bağlı qısa məlumat paylaşıb. Nazirlikdən verilən açıqlamada bu ifadələr yer alıb: "Qəhrəman Mehmetçik dəmir yumruğu ilə terrorçulara zərbələr endirməkdə davam edir! Suriyanın şimalındakı Barış Pınarı bölgəsinə hücuma hazırlaşan 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib".
Qeyd edək ki, terror təşkilatları hətta bəzi Avropa ölkələrindən dövlət səviyyəsində dəstək alsalar da, Türkiyə Ordusu terrorçulara qarşı qətiyyətli mübarizəsini davam etdirir. Qardaş ölkə həm Suriyada, həm də İraqda terror təşkilatlarının mövqelərinə sarsıdıcı zərbələr endirir.
Bizimyol.info