Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, millətimizin çevrilişlərə göstərdiyi ilk müqavimətdir" - Ərdoğan
"Bu, millətimizin çevrilişlərə göstərdiyi ilk müqavimətdir" - Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa müraciət edib.

“Şübhəsiz ki, 15 iyulun bizim üçün əsas əhəmiyyəti millətimizin tarixi boyu məruz qaldığı çevrilişlərə qarşı göstərdiyi ilk de-fakto və şanlı müqavimətin simvolu olmasıdır”,- deyə Prezident Ərdoğan bildirib.

Prezident 15 İyul Demokratiya Və Milli Birlik Günü münasibətilə yaydığı videomüraciətdə deyib: “Əziz millətim, bu gün dövlətimizə və milli həyatımıza edilən ən alçaq hücumlardan biri olan 15 iyul dövlət çevrilişinə cəhdin 6-cı ildönümüdür. Müstəqillik və gələcək uğrunda FETÖ-nün xəyanət dəstəsinin üzvü olan xainlərlə şir kimi mübarizə apararaq şəhidliyə qovuşan 252 şəhidimizə Allahdan rəhmət diləyirəm. Hamısının məkanı cənnət olsun. Hər bir şəhidimizin hekayətində ancaq vəfalı, fədakar, cəsur qəlblərin qavraya biləcəyi ibrətamiz mesajlar var. İnşallah bu mesajlar nəsillər boyu dildən-dilə ötürülən övladlarımıza bələdçi olar. Bir daha millətimizə və şəhidlərimizin yaxınlarına başsağlığı verirəm”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »