Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin yerinə göz dikən Kreml rəsmisinin ona münasibəti necədir
Putinin yerinə göz dikən Kreml rəsmisinin ona münasibəti necədir

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi Ukrayna müharibəsinin rejissoru sayırlar. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sıralarından çıxmış Kreml rəsmisi ölkə başçısı Vladimir Putini qonşu ölkədə hərbi əməliyyatlara başlamağa necəsə inandıra bilmişdi. Qərb mətbuatı hesab edir ki, Ukraynadakı uğursuzluğa baxmayaraq, onların münasibətləri heç də korlanmayıb. Patruşev yenə də Putinə söz çatdıra biləcək, rəhbərin güvəndiyi ilk şəxs hesab olunur. Eyni zamanda Təhlükəsizlik Şurasının katibini prezident postuna ən real namizəd adlandırılır.

Bizimyol.info xəbər verir ki, Kremldə hadisələrin gedişindən böyük narazılıq olduğu bildirilir. Elita çox narahatdır, çünki hər gün böyük pullar itirilir. Biznesi xariclə əlaqəli olan oliqarxlar sanksiyaların zərbələrini yavaş-yavaş hiss etməyə başlayıb. Buna görə də hakimiyyət dəyişikliyi ehtimalı yaranıb. Putini Patruşevin əvəz edəcəyi gözlənilir. Hərçənd, Kreml rəsmisinin dövlət başçısı postunda özündən çox, oğlunu görmək istədiyi deyilir. Kənd Təsərrüfatı Naziri olan Dmitri Patruşevin ölkəni necə idarə edəcəyi sual altındadır. Ola bilər ki, adı oğulun olacaq, idarəetmə missiyasını bütünlüklə ata üzərinə götürəcək.

Patruşevlə Putin arasında ciddi problem nəzərə çarpımır. Amma heç kimə sir deyil ki, Təhlükəsizlik Şurasının katibi ölkə başçısına bir növ yuxarıdan aşağı baxır. Çünki Patruşev Putinə nisbətən Dövlət Təhlükəsizlik Komitəsində daha yüksək vəzifə tuturdu. Kreml rəsmisinin məsələyə münasibəti dəyişməyib. Patruşev Putinin dövlətə rəhbərlik etməsinə aşkar qısqanclıqla yanaşır. Espertlər hesab edir ki, katibin müharibə ilə bağlı prezidentə ən düzgün hesab etdiyi məsləhəti verməməsi də mümkündür. İndi Putin olduqca çətin durumdadır. Müharibədə məğlubiyyəti boynuna almaq bütünlüklə iflasa uğramaq deməkdir.

Patruşev səhnəyə daha çox çıxmağa başlayıb. O, məmnuniyyətlə kameralar qarşısına çıxır, hərbi uğurlardan ağızdolusu danışır. Deyəsən, Patruşevdə hakimiyyəti rahatlıqla ailəsinə ötürə biləcəyinə də böyük əminlik yaranıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »