Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqəmlər önəmlidirmi: "13 rəqəmindən heç kim çəkinməsin" - Video
Rəqəmlər önəmlidirmi: "13 rəqəmindən heç kim çəkinməsin" - Video

“Çox zaman cavan cütlüklər toy edərkən, nişan edərkən hansısa bir tarixləri seçməyə başlayırlar. Mən tövsiyyə edərdim ki, 10, 20 və 30-u tarixlərində şənlik, toy planlaşdırmasınlar. Bu, yaxşı amil deyil. Misal doğum tarixindəki sıfırlı tarix, onun insan həyatına o qədər mənfi təsiri yoxdur. Çünki hesablama düsturunda  öz qüvvəsini itirir. Ancaq həyata keçirilən şənliklərin tarixində vurma olduğu üçün rəqəm sıfırlanmağa başlayır”.

Bu barədə Bizimyol.info xəbər portalına numeroloq Xəyal Məmmədov danışıb. O, qeyd edib ki, bu səbəbdən də ilk olaraq, 10, 20 və 30-u tarixlərində toy, şənlik etmək məsləhət görülmür. Onun sözlərinə görə, ayrı-ayrılıqda cütlüklər üçün uğurlu tarixin hesablanması üçün gərək şəxslərin ayrı-ayrılıqda hesablanması aparılsın ki, onlar üçün uyğun tarixi müəyyən edə bilək.

“Məsələn, bir qadın üçün hesablayıb desəm ki, tutaq ki, ayın 15-i ərə getmək üçün uğurlu tarixdir. Ancaq onun yoldaşı üçün bu tarix neqativ rəqəm ola bilər. Bu səbbədən də, hər iki tərəf üçün uyğun rəqəmi tapa bilmək üçün onların hesablanması aparılmalıdır. Və həmin tarixin cütlüyün ailə həyatında çox böyük rolu olacaq. Ailənin qorunub saxlanılmasında, ailə münasibətlərinə bunun böyük təsiri olacaq” - deyə numeroloq qeyd edib.

Numereoloq Xəyal Məmmədov Xəyal Məmmədov

Xəyal Məmmədov bildirib ki, insanlar tarix seçən zaman 13 rəqəmindən çəkinirlər. Amma 13 rəqəmi pis rəqəm deyil, müqəddəs rəqəmdir. Bəşəriyyətdə mövcud olan dinlərin hamısı deyir ki, “Allah təkdir”. Hər bir dində də 12 imam var. Cəmiyyətdə 12 imam və tək Allah 13 edir.

“Bu səbəbdən də 13 rəqəmindən heç kim çəkinib etməsin. 13 müqəddəs bir rəqəmdir. 13 gözəl rəqəmdir. 13 rəqəminin numeroloji tərcüməsi insanın özgüvəni, 3 isə böyrək və cinsi orqanlar - yəni insanın davamiyyəti deməkdir.

Hər bir insanın missiyasıdır ki, özündən sonra bir övlad olmalıdır. 13 rəqəmi, bu deməkdir. 13 rəqəmindən heç kim çəkinməsin. Yəni bu gündə toy etmək təhlükəli deyil” - deyə numeroloq əlavə edib.

Xəyal Məmmədov qeyd edir ki, toy-nişan tarixlərinin hesablanması ilə bağlı müraciətlər edilir. Onun sözlərinə görə, bu müraciətlər çox zaman Azərbaycandan kənar ölkələrdən edilir.

“Bizdə də olur. Çox zaman toyların tarixini hesablayıb müəyyən ediriksə, həmin ailələrə nəzər yetirdikdə çox xoşbəxt ailələrinin olduğunu görürük. Yəni toy və nişan tarixlərinin numeroloji hesablanması ailələrə çox müsbət təsir edir”?- deyə numeroloq bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »