Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin NATO üzvlərindən birini atəş açmağa təhrik etmək istəyir
Putin NATO üzvlərindən birini atəş açmağa təhrik etmək istəyir

Rusiya Federasiyası Şimali Atlantika Alyansı ölkələrinin təhlükəsizliyini təhdid edir. Moskvanın növbəti hədəfləri Latviya, Litva və Estoniya ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə RBC-Ukraynaya müsahibəsində istefada olan amerikalı briqada generalı, İraq və Əfqanıstan veteranı Mark Arnold deyib. Onun sözlərinə görə, Rusiyanın bu ölkələrə təcavüzü kiberhücumlardan, informasiya əməliyyatları vasitəsilə siyasi müdaxilədən və vətəndaş müharibələrini alovlandırmaq cəhdlərindən başlayacaq.

General hesab edir ki, Rusiya sonradan Gürcüstan, Litva, Latviya və Estoniya ərazilərini ilhaq etməyə cəhd edə bilər. “NATO Rusiyanı təcrid etməyə davam etməklə, NATO-nun demokratik sistemlərini dəstəkləməklə və ənənəvi hərbi qüvvəsini gücləndirməklə bundan qaça bilər”,- deyə Arnold bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, gələn il təkcə Ukrayna deyil, Alyansın bir neçə digər üzvü də Rusiyanın atəşi altında qala bilər. Hərbi ekspert Oleq Jdanovun fikirncə isə, Rusiya prezidenti Vladimir Putin özünü dünya səviyyəsinə qaldırmaq üçün NATO-nu təxribata çəkə bilər.

Jdanov qeyd edib ki, Litva NATO-nun üzvüdür. Əgər Putin onu ilk atəşə təhrik etməyi bacarsa, müharibənin miqyası dünya səviyyəsinə qalxacaq. “O, müharibə səviyyəsini dünya müharibəsi səviyyəsinə qaldırır, Alyansı “planetin ən aqressiv bloku” elan edir. Bütün təşkilatlarda Rusiya Federasiyasının hücuma məruz qaldığını qışqırır və bu böhranlı vəziyyəti həll etmək üçün danışıqlar prosesini təklif edir”,- deyə Jdanov qeyd edir.

Bu halda Makron, Şolz, Bayden, Zelenski və Putin danışıqlar masasına oturacaqlar. Vladimir Putinin hazırda can atdığı plan budur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »