Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya da mövqeyini sərtləşdirir: "Sanksiyalar yumşaldıla bilməz"
Almaniya da mövqeyini sərtləşdirir: "Sanksiyalar yumşaldıla bilməz"

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını istisna edir.

Bizimyol.info xəbər verir ki, o rəsmi Berlinin belə bir addımının Rusiya qazının tədarükünə zəmanət verməyəcəyini və eyni zamanda Almaniyanı “şantaj qarşısında ikiqat həssas” edəcəyini bildirib.

Onun sözlərinə görə,  Almaniya diplomatiya rəhbərinin sözlərinə görə, “beynəlxalq hüququ ən qəddar şəkildə pozan”lara qarşı sanksiyaların yumşaldılması insan hüquqlarını tapdalayan hər kəsi Rusiya Federasiyasının hərəkətlərini təkrarlamağa dəvətə bərabər olacaq. Berbok qeyd edib ki, Almaniya "nə qədər ki, Ukraynanın ehtiyacı var" onu dəstəkləyəcək.

"Ona görə də biz bu sanksiyaları saxlayacağıq və eyni zamanda ölkəmizdə cəmiyyətin parçalanmamasını təmin edəcəyik",- deyə Almaniyanın xarici işlər naziri bildirib. Nazir müharibənin başa çatması ilə bağlı Rusiya Federasiyası ilə hər hansı danışıqların aparılması imkanını görmür.

Annalena Berbok - XIN Almaniya Annalena Berbok

O, bəzi həmvətənlərin dərhal atəşkəs və Ukraynaya silah tədarükü dayandırılması  çağırışını rədd edir.

Xatırladaq ki,  iyulun 11-də Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Ştrak-Zimmermann bildirib ki, Berlin Ukraynanı kifayət qədər ağır silahlarla təmin etmək siyasətini davam etdirsə, Almaniya sonda “tarixi əhəmiyyətli problemlərlə” üzləşəcək.

Bundestaqdakı SPD fraksiyasının rəhbəri Mützenich bildirib ki, onlar silah tədarükü məsəlsində “konstruktiv mövqe tutsalar” Kremllə danışıqları “istisna etmək olmaz”.

Bundestaqın beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Rotun fikrincə isə, Rusiya qoşunları çıxarılmadan atəşkəs əldə olunarsa, Putin yenidən hücuma keçəcək. Onun sözlərinə görə, Almaniyanın təhlükəsizliyi “sonradan” deyil, indi – Ukraynada qorunmalıdır.

Qeyd edək ki, zaman-zaman kansler Olaf Şolz Putinlə isti münasibətlərinə görə tənqid edilirdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »