Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Spirtli içki hansı yaşlarda və hansı miqdarda faydalı ola bilər
Spirtli içki hansı yaşlarda və hansı miqdarda faydalı ola bilər

Əgər 40 yaşdan cavansınızsa, istənilən miqdarda spirtli içkilər sizin səhhətinizə zərər verə bilər.

Ancaq yaşlısınızsa və hər hansı sağlamlıq probleminiz yoxdursa, bir az içmək ürək xəstəliyi, insult və diabet riskinizi daha da azalda bilər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu nəticələr Vaşinqton Universitetinin Tibb Fakültəsinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun araşdırması zamanı müəyyən edilib. Araşdırma zamanı 204 ölkə və ərazidən 15-95 yaş arası insanların 30 illik məlumatları əsasında hazırlanıb.

Alimlər "normal" doza kimi 10 qram təmiz spirti nəzərə alıblar. Bu miqdar kiçik bir stəkan qırmızı şərab (100 ml), kiçik bir banka və ya 3,5 faiz spirt olan pivə şüşəsində (355 ml) ola bilər.

Mütəxəssislərin fikrincə, 2020-ci ildə 1,34 milyard insan "zərərli" miqdarda spirtli içki qəbul edib. Təhlükəsiz miqdarda spirtli içki qəbul edənlərin 59 faizindən çoxu 15-39 yaş arası, 3/2-dən çoxu kişilərdir.

Faktiki olaraq bütün tədqiqat ölkələrində spirt istehlakı 40 yaşdan aşağı olanların sağlamlığı üçün heç bir fayda verməyib. Bununla yanaşı, xəsarət, qəza, özünə qəsd və adam öldürmə riskini artırıb.

Araşdırmanın müəllifi professor Emmanuela Qakid bildirib ki, xüsusilə yaşlılar arasında sağlamlıq təsirinə baxdığınız zaman, az miqdarda içmək sağlamlıq üçün faydalıdır.

Araşdırma zamanı müəyyən edilib ki, vərəm, hipertoniya, aterial fibrilyasiya, qaraciyər xəstəlikləri, epilepsiya, pankreatit və bir çox xərçəng növləri kimi xəstəliklərdə heç bir "qoruyucu" təsir göstərməyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »