Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Rusiyadan taxılın daşınmasına sanksiya qoymayıb"
"ABŞ Rusiyadan taxılın daşınmasına sanksiya qoymayıb"

ABŞ-ın sanksiyaları Rusiya ərzaq məhsulları və mineral gübrələrin ixracına şamil edilmir.

Bizimyol.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin Ukraynadan taxıl ixracının bərpasına dair danışıqlar üçün İstanbulda görüşməsindən bir gün sonra açıqlama verib.

Nazirliyin bəyanatında qeyd edilir ki, Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatının həm Ukrayna, həm də Rusiya taxılını dünya bazarlarına çıxarmaq və Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin qlobal ərzaq tədarükü və ərzaq qiymətlərinə təsirini azaltmaq səylərini qətiyyətlə dəstəkləyir.

Məlumata görə, kənd təsərrüfatı məhsullarının, həmçinin dərman və tibbi avadanlıqların satışına və daşınmasına icazə verilir və bununla Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmur.

ABŞ Rusiyanın kənd təsərrüfatı məhsullarının, o cümlədən gübrələrin istehsalına, satışına və ya daşınmasına qarşı heç bir sanksiya tətbiq etmədiyini və daşınmanın sığortası və ya təkrar sığortasının, habelə bu məhsulların daşınmasının qadağan olunmadığını qeyd edib.

"Rusiya prezidenti Vladimir Putinin müharibəsi ərzaq və kənd təsərrüfatı istehsalının qarşısını aldı. O, ərzaqdan müharibə silahı kimi istifadə etdi, kənd təsərrüfatı anbarlarını, emal və sınaq müəssisələrini məhv etdi. Taxıl və kənd təsərrüfatı avadanlıqlarını oğurladı və Qara dəniz limanlarını effektiv şəkildə bağladı",- deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd edilir.

Xatırladaq ki, iyulun 13-də İstanbulda keçirilən danışıqlarda taxıl ixracı üçün Ukraynanın üç limanının blokdan çıxarılması ilə bağlı ilkin razılığa gəlmək mümkün olub.

Yüklənəcək gəmilər Türkiyə hərbçiləri tərəfindən yoxlanılacaq. Texniki detallar, xüsusən minalardan təmizlənmə ilə bağlı razılığa gəldikdən sonra müqavilə imzalana bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »