Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstifadə müddəti bitən məhsullarla necə davranmalı...
İstifadə müddəti bitən məhsullarla necə davranmalı...

Bəzən mağazalarda son istifadə müddəti keçmiş ərzaq məhsullarına rast gəlirik. Bəzən diqqətsizlik edib həmin məhsulları evə də alıb gətiririk. Bəzən isə, dolabı açarkən vaxtı yenicə keçmiç bir məhsul qarşımıza çıxır. Ataqmı, istifadə edəkmi deyə düşünərik. Bəs hansı məhsulları istifadə müddəti bitdikdən sonra hansı müddətdə istifadə etmək olar.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər istifadə müddəti bitdikdə insanlar üçün təhlükəli olmayan səkkiz növ məhsul olduğunu bildirir. Belə ki, mütəxəssislərin fikrincə, yumurta - soyuducuda 4 C temperaturda, istifadə müddəti bitdikdən sonra 4-5 həftə istifadəyə yararlı olur. Çörək - soyuducuda 5-7 gün, dondurucuda - 3-6 ay saxlanılaraq istifadə edilə bilər.

Makaron - böyük bir konteynerdə və sərin quru yerdə istifadənin bitmə tarixindən sonra bir və ya iki il ərzində sərbəst saxlanıla bilər.

Səhər yeməyi dənliləri - qarğıdalı, düyü, yulaf əzməsi və s. - açılmamışsa, istifadə müddəti bitdikdən sonra 6-8 ay saxlanıla bilər.

Süd - qapalı qablaşdırmada istifadə müddəti bitdikdən sonra bir ay ərzində südün xüsusiyyətlərini qoruyur. Paket açıldıqdan sonra isə 7-10 gün müddətində istifadə edilə bilər.

Qatıq – açılmayıbsa, istifadə müddəti bitdikdən 3 həftə sonra, açılmışsa, 1 həftə müddətində qəbul edilə bilər.

Dietoloqların fikrincə, bu siyahıya bal və fıstıq yağını da daxil etmək olar. Belə ki, bu məhsullar uzun müddət quru və qaranlıq yerdə, xüsusən də qapalı olduqda öz keyfiyyətini qoruyub, saxlaya bilir.

Ancaq qeyd etmək lazımdır ki, süd ilə daha diqqətli davarnmaq lazımdır. Onu yalnız müəyyən bir qoxu və ya kif olmasa, istifadə etmək olar. Bəzi məhsullar isə istifadə müddəti bitən kimi atmaq lazımdır. Çünki istifadə müddəti bitdikdən sonra bu məhsulları yemək sağlamlıq üçün təhlükəli ola bilər.

Çəkilmiş ət soyuducuda 4 C-də maksimum 12 saat saxlanılır. Sonra o keyfiyyətini itirir və yemək üçün yararsız olur. Çəkilmiş balıq soyuducuda iki saat və ya dondurucuda iki ay saxlanıla bilər.

Yumşaq pendirlər, adətən, ikinci gündə xarab olur. Tərkibi dəyişir, yapışqan kimi olur və kiflənir.

Giləmeyvə təzədirsə, maksimum 2 gün saxlanılır. Sonra qara ləkələrlə örtülür, suyunu və mikotoksinləri buraxır. Tərəvəz şirələri - meyvə şirələrindən fərqli olaraq, tərkibində turşu olmadığı üçün tez turşayır və ağır zəhərlənməyə səbəb ola bilər. Dəniz məhsulları - üç gündən çox olmayaraq saxlanıla bilər. Lakin satın alındıqdan dərhal sonra yemək daha yaxşıdır. Kolbasa, balıq, qaynadılmış donuz əti - soyuducuda ən çox 3-5 gün saxlanıla bilər.

Toyuq, ət, - 0-4C temperaturda maksimum 3 gün soyuducuda saxlanıla bilər. Mütəxəssislər həmçinin qeyd edir ki, ət aldığınız zaman dondurulmuş deyil, soyudulmuş ət alın. Çünki bu zaman köhnə deyil, təzə ət almış olacaqsınız.

P.S. Təbii ki, ən yaxşısı vaxtı keçmiş məhsulları atmaqdır. Nəzəri iddialardan çıxış edərək istifadə müddəti keçmiş məhsulları istehlak etmək tövsiyə edilmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »