Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus da "müfls dövlət" elan edildi
Belarus da "müfls dövlət" elan edildi

“Moody”s reytinq agentliyi Belarus rublu ilə növbəti kupon ödəyən Belarusun avrobondlar üzrə defolt etdiyini etiraf edib.

Bizimyol.info Ukryana mətbuatına istinadla xəbər verir ki,  bu barədə agentliyin saytında məlumat verilib. Qeyd edilib ki,  Belarus vaxtı 2027-ci ildə başa çatan on illik istiqrazlar üçün iyunun sonunda 22,9 milyon dollar ödəməli idi.

Belarus Maliyyə Nazirliyi bəyan edib ki, sanksiyalara görə xarici valyutada ödəniş mümkün olmayıb, ona görə də ödəniş Belarus rublu ilə həyata keçirilib. Xatırladaq ki, iyulun 13-də güzəşt müddəti deyilən müddət başa çatıb. Bu müddət ərzində Belarus fikrini dəyişə və dollarla ödəniş edə bilərdi.

“Moody”s qeyd edib ki, xarici valyuta borcunun Belarus rublu ilə ödənilməsi defolt deməkdir. Belə ki,  Belarus ən yaxın müttəfiqi olan Rusiyadan sonra dərhal xarici borcunu defolt edib.

Agentliyin məlumatına görə,  indi tədavüldə cəmi 3,25 milyard dollarlıq Belarus avrobondlarının beş buraxılışı var. Belarus sonuncu dəfə 2020-ci ilin iyununda avrobond bazarına daxil olub. Avqustda Belarus bir anda dörd istiqraz buraxılışı üzrə ümumilikdə təxminən 85 milyon dollar məbləğində kupon ödəməlidir.

Qeyd edək ki, Aİ 2021-ci ilin iyununda Belarusa qarşı sektoral sanksiyalar tətbiq edib. Ölkə xüsusilə Avropa kapital bazarlarına çıxışdan məhrum edilib.

Belarusun baş naziri Roman Qolovçenko bildirib ki, sanksiyalara görə dövlət 18 milyard dollara qədər ixracat itirib.

Qeyd edək ki, bir ölkə üçün "defolt" həmin ölkənin müflis elan edilməsi deməkdir.

Rusiya ilə ittifaq Dövləti şəklində yaxın olan Belarus Ukraynada birbaşa müharibəyə qoşulmasa da, Rusiya bu ölkənin ərazisindən hücum üçün istifadə edib. Prezident Aleksandr Lukaşenko hakimiyyətini itirməkdən qorxduğu üçün müharibəyə öz ordusu ilə girməkdən çəkinir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »