Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya şərtlərini bir-bir açıqladı, Ukraynadan aydın cavab gəldi
Rusiya şərtlərini bir-bir açıqladı, Ukraynadan aydın cavab gəldi
Rusiya ilə Ukrayna arasında müharibə fevralın 24-dən davam edir. Ölkənin şərqində irəliləyişini davam etdirən Rusiya sülh üçün şərtlərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, dünyanın bir nömrəli gündəmi olmağa davam edən Rusiya Donbasda sülh danışıqlarının başlaması üçün şərtləri açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Ukrayna sülh razılaşmasına nail olmaq üçün “neytral” və “qeyri-nüvə” statusuna malik olmalıdır. Rudenko Moskvanın Kiyevdən aydın cavab gözlədiyini də vurğulayıb.

Rusiyanın “İnterfaks” agentliyinin xəbərinə görə, Rusiyanın digər tələbi Rusiyanın Krım üzərində suverenliyinin tanınması və Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınmasıdır.

Məqalədə Rudenkonun aşağıdakı ifadələri yer alıb: “Saziş Ukraynanın neytral və nüvəsiz statusunu təsdiq etməli və mövcud ərazi reallıqlarını, o cümlədən Krımın, Donetsk və Luqanks Xalq Respublikalarının statusunu qəbul etməlidir”.

Ukraynanın xarici işlər naziri Kuleba hər hansı sülh sazişinin bir hissəsi kimi Rusiyaya torpaq vermək variantını rədd edib və Moskva ilə Kiyev arasında sülh danışıqlarının olmadığını bildirib.

"Ukraynanın bu müharibədə məqsədi torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək və Ukraynanın şərqində və cənubunda tam suverenliyə nail olmaqdır".

Kulebanın bu bəyanatından sonra Rudenko Rusiyanın şərtlərini izah edib. Məhz buna görə də bəyanat Kulebaya cavab kimi şərh edilib.

Xatırladaq ki, Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia son həftələrdə Ukrayna və Rusiya arasında danışıqların avqustun sonunda bərpa oluna biləcəyini bildirmişdi.

Rusiya əsgərlərinin fevralın 24-dən əvvəlki mövqelərinə qayıtması halında Rusiya ilə minimum razılaşmanın edilə biləcəyini ifadə edən Araxamia bildirib: “İstanbulda təklif olunana bənzər bir siyasi razılaşmanı nəzərdən keçirə bilərik. Məsələn, biz bir neçə il Krım məsələsinə toxunmaq fikrində deyildik. Biz bunu hərbi yolla yox, diplomatik yolla edərdik”.

Onu da əlavə edək ki, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak may ayından Rusiya ilə danışıqların dayandırıldığını açıqlayıb.

Digər tərəfdən Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə arasında danışıqların Rusiyanın mövqeyinə görə baş tutmadığını açıqlayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »