Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp yenidən seçilmək üçün namizədliyini irəli sürür
Tramp yenidən seçilmək üçün namizədliyini irəli sürür

ABŞ -ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, müsahibədə Tramp seçkidə namizəd olacağına işarə edərək, “mən artıq bu qərarı vermişəm, ona görə də artıq heç bir şey təsir etməyəcək. Mən bu qərarı artıq öz ağlımda vermişəm”,- deyə bildirib.

Aralıq seçkilərdən əvvəl açıqlama vermənin üstünlük olacağını deyən Tramp bunun digər potensial namizədləri öz kampaniyalarına başlamaqdan çəkindirə biləcəyini bildirib.

Digər potensial Respublikaçı namizədlərdən narahat olmadığını bildirən Tramp hazırda Respublikaçıların ən güclü namizədi hesab edilən Florida qubernatoru Ron DeSantisi rəqib olaraq görmədiyini bildirib.

ABŞ mətbuatında yer alan xəbərlərdə Trampın 2024-cü il seçkilərində namizədliyini sentyabr ayında açıqlayacağı irəli sürülüb.

“RealClearPolitics”in sorğusunun orta göstəricisi Trampın orta hesabla 53 faiz səslə potensial Respublikaçı rəqiblərini xeyli qabaqladığını, “DeSantis” isə 20,5 faizlə ikinci yerdə olduğunu göstərib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »