Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İqtisadiyyat korroziyaya uğrayır və rəhbərliyə zərbə vurur"
"İqtisadiyyat korroziyaya uğrayır və rəhbərliyə zərbə vurur"

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar işğalçı ölkənin iqtisadiyyatını tədricən korroziyaya uğradır və onun rəhbərliyinə zərbə vurur.

Bizimyol.info xəbər verir ki,  bu barədə hələ də məxfi saxlanılan məlumatlara istinadən Avropa Komissiyasının ekspertləri Almaniya mətbuatına danışıb. Onların fikrincə, məqsədyönlü ticarət məhdudiyyətləri müharibədən əvvəl 73 milyard avrodan çox olan Rusiya ixracına təsir göstərir.

Təxminən dörd ay ərzində Rusiyanın 13,8 milyard avro dəyərində aktivləri dondurulub. Xüsusən də bu, oliqarxların və Rusiya prezidenti Vladimir Putinin digər tərəfdarlarının pullarına həbs qoyulub. Bununla yanaşı,  Rusiya Mərkəzi Bankının milyardlar dəyərində olan  ehtiyatları da Kreml üçün artıq əlçatmazdır.

“Mövcud məlumatlar sanksiyaların işlədiyini çox açıq şəkildə göstərir”, - Aİ-nin yüksək rütbəli rəsmisi bildirib.

"Keçən qısa müddətə baxmayaraq, Rusiya iqtisadiyyatı üçün müvafiq təsirlər artıq əldə edilib",- deyə  qeyd edilir.

Brüssel isə zaman keçdikcə sanksiyaların təsirinin daha da güclənəcəyini vurğulayır. Aİ bu il Rusiyada istehsalın həcminin 10,4 faiz azalacağını güman edir.

Ancaq bu il sanksiyalar və müharibənin nəticələrinə baxmayaraq, Avropa şirkətlərinin hələ də 2,7 faiz böyüməsi gözlənilir.

Xatırladaq ki, iyulun 14-də Bloomberg  yazıb ki,  Aİ ayrı-ayrı Rusiya vətəndaşlarına qarşı səhv hesab edilən  sanksiyaları ləğv etməyi düşünür. Amma həmin gün Ukrayna orqanları Rusiyada “Kalibr” raket istehsalçısının baş direktorunun hələ də sanksiyalar altında olmadığını müəyyən edib.

Almanların əksəriyyəti  isə Rusiyaya qarşı sanksiyaların “Rusiya Federasiyasından çox Almaniyaya zərər verdiyini” iddia edir. Ümumiyyətlə, bu müharibəyə münasibətdə Almaniyanın həm dövlət, həm də cəmiyyət olaraq davranışları narazılıqlara səbəb olub. Rəsmi Berlin hələ də Rusiya ilə münasibətləri qorumağa çalışır və Ukraynaya silah yardımında qətiyyətsizlik göstərir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »