Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyadan Ukraynanın açıqlamasına reaksiya
Şimali Koreyadan Ukraynanın açıqlamasına reaksiya

KXDR (Şimali Koreya) Xarici İşlər Nazirliyi Pxenyanın Donetsk Xalq Respublikası separatçılarını tanımasından sonra Ukraynanın diplomatik münasibətləri kəsməsinə reaksiya verən bəyanat yayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” KXDR dövlət mediasına istinadən məlumat yayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyi bildirir ki, “ABŞ-ın Pxenyanın suverenliyini pozan ədalətsiz və qeyri-qanuni hərəkətlərinə qoşulduqdan sonra Ukraynanın suverenlik məsələlərini qaldırmağa haqqı yoxdur”.

Qeyd edək ki, KXDR Pxenyanın nüvə və raket proqramlarının “özünümüdafiə vasitəsi” olduğunu qeyd edərək ABŞ-ı Cənubi Koreya ilə sanksiyalar və hərbi təlimlərə görə “düşmənçilik siyasəti”ndə ittiham edib.

"Ukraynanın keçmişdə ABŞ-ın ədalətsiz və qeyri-qanuni düşmənçilik siyasətinə fəal qoşularaq ölkələr arasında ədalətdən ciddi şəkildə məhrum olan bir hərəkətdən sonra bizim qanuni suverenliyimizi şübhə altına almaq və ya ona etiraz etmək hüququ yoxdur.

Biz dostluğu gücləndirməyə və inkişaf etdirməyə davam edəcəyik. Suveren bərabərlik, daxili işlərə qarışmama və qarşılıqlı hörmət prinsipləri əsasında suverenliyimizə hörmət edən və bizə xoş münasibət bəsləyən bütün ölkələrlə əməkdaşlığımızı davam etdirəcəyik”,- deyə KXDR Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, iyulun 13-də Rusiya mediası Şimali Koreya səfirliyinə istinadən xəbər verib ki, KXDR Rusiya tərəfindən müvəqqəti olaraq işğal olunmuş Donbas ərazilərinin qondarma müstəqilliyini tanıyıb.

İyunun 30-da isə Ukrayna Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin "müstəqilliyini" tanımasına cavab olaraq Suriya ilə diplomatik münasibətləri kəsib.

Prezident Vladimir Zelenski DNR və LNR separatçı təşkilatlarının Şimali Koreya tərəfindən dövlət kimi tanınmasını “əhəmiyyətsiz hadisə” adlandırıb.

Bu tanınmaya cavab olaraq Xarici İşlər Nazirliyi Şimali Koreya ilə diplomatik əlaqələrini kəsib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »