Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub, 21 nəfər ölüb, yüzlərlə yaralı var
Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub, 21 nəfər ölüb, yüzlərlə yaralı var

Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub.

İyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.

18:01

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən 3-ü uşaqdır.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, 52 nəfər hospitala yerləşdirilib, onların 34-nün vəziyyəti ağırdır.

Hücum nəticəsində 55 yaşıyış binasına və 40 avtomobilə ziyan dəyib.

Xilasedicilərin sözlərinə görə, 46 nəfərin axtarışı davam edir. Bildirilib ki, 115 yaralı hospitala müraciət edib.

Vurğulanıb ki, “Kalibr” qanadlı raketləri Rusiya hərbçiləri Ukraynanın Jitomir şəhərinə atmaq istəyib, ancaq sonradan raketlər istiqamətini dəyişib.

15:10

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər ölüb, 100-ə yaxın sakin yaralanıb.

Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri üzrə cinayət işi başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Vinnitsa şəhəri Rusiyanın Qara dənizdə yerləşən sualtı qayıqdan atılan “Kalibr” qanadlı raketi ilə vurulub.

13:41

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.

Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var. (Report.az)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »