Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR gəlirlərinin artım səbəbini açıqlayıb
SOCAR gəlirlərinin artım səbəbini açıqlayıb

2021-ci ildə SOCAR-ın ümumi gəlirləri 56,3% artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilib.

Qeyd olunub ki, SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Bundan əlavə, bildirilib ki, 2021-ci ildə SOCAR gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və 2021-ci ili 2,12 milyard AZN xalis mənfəətlə başa vurub. Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »