İsrailin Baş naziri Yair Lapid ABŞ Prezidenti Co Baydendən ərəb liderlərinə yəhudi dövlətinin sülh mesajını çatdırmağı xahiş edib.
APA-nın verdiyi xəbərə görə, o, bu barədə ABŞ lideri ilə birgə mətbuat konfransı zamanı deyib.
“Cənab Prezident, siz Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və İraqın liderləri ilə görüşəcəksiniz. İstərdim ki, bizdən onların hamısına bir mesaj çatdırasınız: “Əlimiz sülh əlaməti olaraq uzadılıb. Biz texnologiyalarımızı və təcrübəmizi bölüşməyə, xalqlarımızın görüşməsi və bir-biri haqqında daha çox öyrənməsi üçün alimlərimiz və sahibkarlarımız arasında əməkdaşlığa hazırıq”, - İsrailin Baş naziri bildirib.