Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada sosial-iqtisadi vəziyyət daha da pisləşəcək - Valyuta Fondu
Dünyada sosial-iqtisadi vəziyyət daha da pisləşəcək - Valyuta Fondu

Rusiyanın Ukraynaya müdaxiləsi qlobal iqtisadi artımla bağlı proqnozların əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki,  bu barədə BVF-nin rəhbəri Kristallina Georgiyevanın verdiyi bəyantda bildirilir.

“Ukraynadakı müharibənin bəşəri faciəsi, xüsusən də artımı yavaşlatan və yaşayış böhranını kəskinləşdirən, dünyada yüz milyonlarla insan, xüsusən də ailələrini dolandıra bilməyən yoxsul təbəqə üçün vəziyyəti ağırlaşdırdı. Və vəziyyət getdikcə daha da pisləşir”,- deyə Georgiyeva bildirib.

O, 2022-ci ilin çətin olacağını və 2023-cü ilin isə "daha çox tənəzzül riski ilə daha da ağır olacağını bildirib”.

"Ukraynadakı müharibə qlobal iqtisadi mənzərəni əhəmiyyətli dərəcədə pisləşdirdi. İndi  G20 liderləri iqtisadi problemlərin həlli üçün səy göstərməlidirlər",- deyə o bildirib. O, BVF-nin bu ay qlobal iqtisadi artımla bağlı gözləntilərini azaldacağını vurğulayıb.

Həmçinin qeyd edib  ki, Ukraynadakı müharibə, gözləniləndən yüksək inflyasiya və pandemiya səbəbindən gələcək üçün proqnoz qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, BVF bu il üçüncü dəfə 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3,6 faiz azaldacaq. BVF həmçinin inflyasiya və iqtisadi yavaşlama səbəbindən 2023-cü ildə qlobal tənəzzül olacağını proqnozlaşdırır.

"2022-ci il çətin olacaq, lakin 2023-cü il daha sərt ola bilər. 2023-cü ildə tənəzzül riskləri artacaq",- deyə o əlavə edib.

Xatırladaq ki, son iqtisadi məlumatlar Çin və Rusiya da daxil olmaqla bəzi böyük iqtisadiyyatların ikinci rübdə sıxıntıya düşdüyünü sübut edir. Xüsusən də Rusiyada tənəzzülün sürətlənəcəyi gözlənilir. Hazırda sanksiyalar üzündən Rusiyada çoxlu sayda istehsal sahələri fəaliyyətini dayandırıb. Ümumilikdə müharibə bir çox dövlətlərin iqtisadiyyatına sarsıdıcı zərbə vurub.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »