Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taxıl gəmiləri Türkiyə hərbi qüvvələri tərəfindən yoxlanılacaq"
"Taxıl gəmiləri Türkiyə hərbi qüvvələri tərəfindən yoxlanılacaq"

Türkiyədə keçirilən dördtərəfli görüşdə əldə olunan razılaşmaya əsasən, Ukrayna taxılını üç Ukrayna limanından dəniz yolu ilə ixrac etmək mümkün olacaq.

Bizimyol.info xəbər verir ki,  bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyd edilir ki, Ukrayna, Türkiyə, Rusiya müdafiə nazirliklərinin nümayəndələri ilə BMT nümayəndə heyəti arasında aparılan danışıqlardan xəbərdar olan mənbə nəşrə bildirib ki, tərəflər ümumilikdə Ukraynadan taxılın üç limandan ixrac oluna biləcəyi barədə razılığa gəliblər.

Eyni zamanda, taxıl karvanlarının təhlükəsizliyi üçün müəyyən dəhlizlərdə tam atəşkəs rejimi yaradılacaq. Bu dəhlizlərdə dəniz mina axtarılması da həyata keçiriləcək. Taxılla yüklənmiş gəmilər Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən yoxlanılacaq. Çünki Rusiya onların Ukraynaya “qaçaq silah” göndərə biləcəyindən ehtiyat edir.

Eyni zamanda, BMT gəmiçiliklə bağlı təhdidlərə nəzarət etmək üçün İstanbulda mərkəz yaradacaq.

Nəşrin məlumatına görə, bütün bu şərtlərə “hələ də Putinin yaşıl işığı lazımdır”. Qeyd edilir ki, müqavilə texniki detallar, o cümlədən minalardan təmizləmə baxımından razılaşdırıldıqdan sonra yaxın günlərdə imzalana bilər. Lakin hələ ki, müqavilənin imzalanmasına təminatların olmadığı qeyd edilir.

Xatırladaq ki, ötən gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin gələn həftə Türkiyədə yenidən görüşməli olduğu bildirilib. Türkiyə tərəfi qeyd edir ki,  bu görüşdə bütün detallar yenidən nəzərdən keçiriləcək və müqavilə imzalanacaq.

Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 5-də bildirib ki, 10 gün ərzində Ukrayna taxılının ixracı ilə bağlı razılaşma əldə oluna bilər.

İyulun 13-də  isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “El Pais”ə müsahibəsində bildirib ki, Ukrayna və Rusiya dəniz limanlarının blokadasına dair razılaşmadan “iki addım uzaqdadırlar”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »