XVI əsrdə yazdığı kitabı oğurlanan, Rusiya və Ukrayna müharibəsindən tutmuş buğdanın bahalaşmasına qədər bir çox hadisələri bilən görücü Nostradamusun pqornozları bu gün də özünü doğrultmaqdadır.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, “yolundan çıxan adam” kimi tanınan Nostradamus 2022-ci ildə bir ölkənin kralının qəfil öləcəyini irəli sürmüşdü. Bu şəxsin Rusiya prezidenti Vladimir Putin olduğunu düşünənlər var.
Qeyd edək ki, keçmiş münəccimlərin öz kitablarında yazdıqları bu gün çox diqqət çəkir. Dünyanı və bəşəriyyəti gözləyən mühüm hadisələri proqnozlaşdıran Nostradamusun 2022-ci il üçün yazdığı proqnozlar bir müddət əvvəl internetdə gündəm olmuşdu. Belə ki, Nostradamusun 467 il bundan əvvəl dediyi hər şey baş verir.
Proqnozları bir-bir üzə çıxan Nostradamusun münəccimliyi fevral ayında bütün dünyanın yaxından izlədiyi Rusiya-Ukrayna müharibəsinin başlaması ilə gerçəkləşdi. Və bununla da gündəm dəyişdi.
İndi isə Nostradamusun 2022-ci il üçün son proqnozu "gözlənilməz ölüm"dür. Bir kralın qəfil öləcəyini qeyd edən məşhur kahin belə qeyd edir: “Birinci kral qəfil öləcək və onun krallığına başqası gələcək”.
Kahinin bu proqnozu bu il içində uzunmüddətli hakimiyyətə sahib olan ölkələrdən birinin liderinin öləcəyi kimi şərh edilib. Xatrladaq ki, Nostradamus 2022-ci ildə qlobal qıtlıq proqnozlaşdırsa da, səbəb kimi inflyasiyanı günahlandırıb. O, iflasa uğrayan iqtisadiyyatda qiymətlərin qalxacağı barədə xəbərdarlıq etmişdi.
Nostradamus 2022-ci il üçün qeyd edirdi:
“Arı mumu mumdan qat-qat baha başa gələcək".
“Buğdanın qiyməti çox yüksəkdir”…
"O adam döyüşə səbəb oldu. Çarəsizlik, yemək dostu” …
İlahin, Bizimyol.info