Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makronun kabusu erkən başladı: “Fransa idarəolunmaz vəziyyətə gəlib”
Makronun kabusu erkən başladı: “Fransa idarəolunmaz vəziyyətə gəlib”

Fransa prezidenti Emmanuel Makron Milli Assambleyada çoxluğu itirdikdən sonra hökumətin qanunları qəbul etmək qabiliyyətinin ilk böyük sınağını uduzub. Koronavirusla bağlı qanun layihəsini qəbul etməyən Makron indi “idarəolunmaz” Fransa ilə üz-üzədir.

Bizimyol.info xəbər verir ki, spreldə yenidən prezident seçilən, lakin parlament seçkiləri səbəbindən qələbə sevinci uzun sürməyən Fransa Prezidenti Emmanuel Makronun kabusu çox erkən başlayıb.

Milli Assambleyada vəzifə yerinə yetirmək üçün 577 adın seçilməsi üçün iyunun sonunda keçirilən seçkilərdə 289 mandat tələb edən mütləq çoxluğu itirən Makronun azlıq hökuməti parlamentdəki ilk böyük sınağından çıxa bilməyib. Dünən parlamentdə keçirilən səsvermədə yeni hökumətin ilk qanun layihəsi rədd edilib. Müxalifət Millət Vəkilləri, yeni koronavirus variantı ortaya çıxdıqdan sonra Fransaya daxil olan sərnişinlər üçün sağlamlıq kartlarının bərpasını tövsiyə edən tənzimləməni 219 səslə rədd ediblər.

Qanun layihəsinin rədd edilməsi sosial medianı silkələyib. Makronun əleyhdarları bu qərarı dəstəkləyiblər və müxalifət deputatlarını alqışlayıblar.

Müxalifətin Makrona qarşı birləşməsi prezidentin yeni qanunları qəbul edə biləcəyinə böyük şübhələr yaradıb. Onun qanunverici orqanda çoxluğu təmin edə bilməməsi Makronun daxili islahatlar aparmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

İndiyədək seçki qutusundan çıxan ən mürəkkəb mənzərə Fransada iyunda keçirilən seçkilərin nəticəsi olub. Seçkilərin nəticələri ölkədə siyasi sunamiyə səbəb olarkən, qəzetlər bu gün baş verəcəkləri proqnozlaşdıraraq “Fransa artıq idarə oluna bilməz” , “Makon idarəolunmaz Fransa ilə qarşı-qarşıyadır ” , “Fransa parçalara bölünür” başlıqlarına yer verib .

Bölünmüş Fransanı idarə etmək riski ilə üzləşən 44 yaşlı liderin son günlər seçki nəticələrinə görə depressiyaya düşdüyü və bütün enerjisini itirdiyi iddia edilir. Fransa qəzetlərinə verdiyi açıqlamalarda Makronun yaxın çevrəsindən olan adlar prezidentin seçki kampaniyası nəticəsində yorulduğunu və hazırda çaşmış vəziyyətdə olduğunu bildiriblər.

 Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »