Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsir
Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsir

Şimali Koreyanın ötən gün Ukraynadan müstəqilliyini birtərəfli elan edən Donetsk və Luqanskı tanıdığını elan etməsindən sonra Kiyevdən cavab gəlib.

Bizimyol.info xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyindən Ukrayna xarici işlər naziri Dmitri Kulebanın imzası ilə edilən yazılı şərhdə bildirilib:

“Ukrayna Xarici İşlər Nazirliyi Koreya Xalq Demokratik Respublikasının Rusiya Federasiyası tərəfindən işğal edilmiş Ukraynanın Donetsk və Luqansk vilayətlərinin qondarma “müstəqilliyini” tanıması qərarını qətiyyətlə pisləyir. Biz bu qərarı Pxenyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq cəhdi, Ukrayna Konstitusiyasının, BMT Konvensiyasının və beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. Şimali Koreya rejiminin Rusiyanın Donetsk və Luqansk vilayətlərindəki işğalçı rejimlərinin “subyektivliyini” tanıması etibarsızdır, heç bir hüquqi nəticəsi yoxdur və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirmir”.

Şimali Koreya ilə bütün diplomatik əlaqələrin kəsilməsi vurğulanan bəyanatın davamında “Ukrayna bu cür qeyri-dost hərəkətə cavab olaraq Koreya Xalq Demokratik Respublikası ilə diplomatik münasibətləri kəsdiyini elan edir. Bu ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən Koreya Xalq Demokratik Respublikası ilə siyasi və iqtisadi əlaqələr həyata keçirilmir. Artıq Rusiyanın dünyada ondan maliyyə və siyasi cəhətdən asılı olan ölkələrdən başqa müttəfiqləri yoxdur və Rusiya Federasiyasının təcrid səviyyəsi tezliklə Şimali Koreyanın səviyyəsinə çatacaq. Ukrayna öz suverenliyi və ərazi bütövlüyünün pozulmasına mümkün qədər sərt cavab verməyə davam edəcək”, -deyə bildirilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »