Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya qarşı 7-ci sanksiyalar paketində nələr nəzərdə tutulur...
Rusiyaya qarşı 7-ci sanksiyalar paketində nələr nəzərdə tutulur...

Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini hazırlayır.

Bu sanksıyaalr vasıtəsilə Rusiya qızılının ixracına qadağa qoyulacaq və sanksiyalardan yan keçmək üçün boşluqlar aradan qaldırılacaq. Amma bütün bunlara baxmayaraq, qaz embarqosu tətbiq edilməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala “Reuters” agentliyinə müsahibəsində danışıb. Onun sözlərinə görə, sanksiyalar qızıl idxalını qadağan etməli, Rusiyaya ixracı qadağan edilən ikili təyinatlı məhsulların siyahısını genişləndirməli və daha çox insana təsir etməlidir. O qeyd edib ki, Avropa Komissiyası yaxın günlərdə paketi təqdim etməyə hazır olacaq. Bundan sonra isə üzv dövlətlər onu təsdiq edə bilər.

"Yeddinci paket hazırlanır və düşünürəm ki, bu, yaxşı kursdur",- deyə Fiala vurğulayıb. Onun fikrincə, problemli olan enerji sahəsi hələlik sanksiyalardan kənarda qalacaq, çünki sanksiyaların Rusiyaya sanksiya tətbiq edən ölkələrdən daha çox təsir etməsi qaydasına riayət etmək lazımdır.

Xatırladaq ki, iyulun 1-dən altı aylıq Aİ-yə sədrlik edən Çexiya qaza olan tələbatı ilə bağlı Rusiyadan asılı olan ölkələrdən biridir. “Hesab edirəm ki, qaz embarqosu orada olmamalıdır, çünki bir sıra ölkələr Rusiya qazından asılıdır”,- deyə o əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Rusiyanın “Şimal axını 1” boru kəməri ilə qaz tədarükünü bərpa etmək üçün zəruri olan “Siemens” turbinini Almaniyaya ötürmək üçün Kanadanı Rusiyanın şantajına uymamağa çağırıb. Qeyd edilib ki, bu təhlükəli presedent qanunun aliliyinə ziddir və Moskvanın cəzasızlıq hissini gücləndirəcək.

Hazırda sanksiyalar nəticəsində Rusiyada yüz minlərlə iş yeri bağlanıb. Bir sıra istehsal sahələri fəaliyyətini dayandırıb. Xüsusən də xaricdən alınan detalların istifadə olunduğu istehsal sahələri daha çox zərər görüb, çünki həmin detalların Rusiyaya satışına qadağa qoyulub.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »