Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada paylanan Rusiya pasportları Avropada tanınmayacaq
Ukraynada paylanan Rusiya pasportları Avropada tanınmayacaq

Avropa İttifaqı Rusiyanın  sadələşdirilmiş prosedur əsasında ukraynalılara verəcəyi Rusiya pasportlarını tanımaqdan imtina edib. Rusiya Federasiyasının bu cür hərəkətləri Ukraynanın suverenliyinin pozulması kimi qiymətləndirilir.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki,  bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell sosial şəbəkə səhifəsində bildirib. O, Rusiya prezidenti Vladimir Putinin 11 iyul tarixli müvafiq fərmanını tənqid edib.

"Bütün ukraynalılar üçün Rusiya vətəndaşlığının alınması prosedurunu sadələşdirən yeni Rusiya qanunvericiliyi Rusiyanın qeyri-qanuni müharibəsi ilə bağlı Ukraynanın suverenliyinin növbəti açıq şəkildə pozulmasıdır. Aİ bu pasportları tanımır ",- deyə  Borrell yazıb.

Jozep Borrel Jozep Borrel

Borrell bildirib ki, Aİ Putinin Xerson və Zaporojye vilayətlərinin sakinlərinə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının verilməsi ilə bağlı 25 və 30 may tarixli qərarlarını pisləyib.

“Ukrayna ərazilərinin bir hissəsinin statusunun dəyişdirilməsinə yönəlmiş istənilən cəhdlər beynəlxalq hüququn, BMT Nizamnaməsinin və Ukrayna Konstitusiyasının açıq şəkildə pozulmasıdır. Onlar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daha da pozur və Avropa İttifaqı tərəfindən tanınmayacaq.  Rusiyanın siyasi rəhbərliyi, həmçinin beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn pozulmasında iştirak edən bütün şəxslər bu qanunsuz əməllərə görə məsuliyyət daşıyacaqlar”,- deyə o əlavə edib.

Avropa İttifaqı Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü sarsılmaz şəkildə dəstəklədiyinə əminliyini bildirib.

Bununla yanaşı,  Rusiya Federasiyasını beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın bütün ərazisindən bütün qoşunlarını və hərbi texnikasını dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl  Ukrayna Xarici İşlər Nazirliyi pasportlaşdırmanı ukraynalıların  düşməni adlandırıb. Nazir Dmitri Kulebanın sözlərinə görə, Putin bu fərmanla Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərinin “boyunlarında ilgəyi sıxmaq”, onları işğalçı administrasiyaların və Rusiya ordusunun cinayətkar fəaliyyətində iştirak etməyə məcbur etmək istəyir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »