Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA: "Hazırda 50 marşrut xətti üzrə 146 avtobusun hərəkətində gecikmələr var"
BNA: "Hazırda 50 marşrut xətti üzrə 146 avtobusun hərəkətində gecikmələr var"

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 50 müntəzəm marşrut xətti üzrə 146 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə "Bizimyol.info"ya Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

2. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində isə 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 10-15 dəqiqə gecikir.

3. Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə var.

4. Abdulla Şaiq küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 10-16 dəqiqə ntervalla hərəkət edir.

5. Ziya Bünyadov prospektinin, Rövşən Cəfərov küçəsindən başlayaraq köməkçi yol, Azadlıq prospekti ilə kəsişməyə qədər eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-18 dəqiqəyə yaxındır.

6. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

7. Binəqədi şossesi–Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə var.

8. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə yaranıb.

9. Zabrat Şossesi-Zabrat dairəsi istiqamətində-bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 11-14 dəqiqə intervalla hərəkət edir.

10. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-19 dəqiqə gecikmə müşahidə olunur.

11. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 13-18 dəqiqə gecikir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »