Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Super ay bu gün saat neçədə görünəcək
Super ay bu gün saat neçədə görünəcək

Bu gün superay hadisəsi yaşanacaq. Bir neçə gündür ki, parlaq və böyük görünən Ay bu gün 2022-ci ildə ən yüksək həddini bizə göstərəcək.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 23.30 radələrində göy üzünə baxdığınız zaman 2022 -ci ilin ən böyük və ən parlaq ayını görə biləcəksiniz. Bu hadisə dünya ilə Ay arasındaki olan məsafənin azalması nəticəsində baş verəcək. Alimlərin fikrincə, bu gün Ay hər zaman olduğundan 16 dəfə böyük və parlaq olacaq. Sabah isə, bu gün kimi olmasa da, yenə böyük və parlaq Ay görəcəyik. Mütəxəssislərin fikrincə, eyni hadisə baş verəcək. Biz sadə insanlar bunu vizual olaraq dəyərləndirmək də, NASA mütəxəssisləri bu hadisəni fərqli dəyərləndirir.

NASA iyul ayında yaşanan göy gurultusu ilə müşahidə edilən fırtınalar səbəbi ilə bu hadisəni “Göy gurultusu Ayı” adlandırır. Xatırladaq ki, super Ay Ay dünyaya ən yaxın məsafədə olduğu zaman müşahidə edilir.

Alimlərin fikrincə, göy üzü superay zamanı normadan 250 dəfə daha işıqlı olur. Federal Təhqiqatlar bürosunun statistikasına görə, avtomobil qəzaları, soyğunçuluq və digər cinayətlərin sayı artır.

Superay hadisəsinə bir neçə gün qalmış miqren və sinir xəstələrinin şikayəti artır. Baş ağrısı artdığı üçüm insanlar daha stresli olur. Mütəxəssislərin fikrincə, insanlar daha həssas və duyğusal olur və daha tez ağlamağa başlayırlar.

Eyni zamanda ostrogen hormonu artdığı üçün cinsi istək güclənir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »