Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin qızına yeni vəzifə verilib
Putinin qızına yeni vəzifə verilib

Rusiya iqtisadiyyatı ağır günlərini yaşayır. Amma ölkə rəhbəri Vladimir Putinin qızına yeni vəzifə verilir. Katerina Tixonova Rusiya sənayeçilər və sahibkarlar koordinasiya şurasının həmsədri elan edilib. Beləcə, Milli İntellektual İnkişaf Fondunun rəhbərinin vəzifələrinin sayı artıb.

Bizimyol.info xəbər verir ki, şuranın mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Burada yeni şuranın idxalın əvəzlənməsi üzrə işlərin əlaqələndirilməsi, idxal olunan avadanlığın yerli avadanlıqla əvəz edilməsi üzrə uğurlu təcrübələrin ümumiləşdirilməsi, habelə idxalı əvəzləmə sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təkliflərin formalaşdırılması məqsədilə yaradıldığı qeyd olunub.

Katerina Tixonova Moskva Dövlət Universitetinin Mürəkkəb Sistemlərin Riyazi Tədqiqatları İnstitutunun direktor müavini vəzifəsini də tuturdu. Sonra bu vəzifə Milli İntellektual Ehtiyat Mərkəzinin rəhbəri işi ilə birləşdirildi. Ortaya Milli İntellektual İnkişaf Fondu çıxdı. Katerina Tixonova daha yüksək səlahiyyətlər əldə etdi.

Vladimir Putin qızları haqda danışmağı sevmir. Ona Katerina Tixonova və Mariya Vorontsova barədə dəfələrlə ünvanlanmış suallar cavabsız qalıb. Putin ictimaiyyət qarşısında qızlarının adını çəkməkdən belə uzaq dayanır. BBC-nin Moskva ofisinin jurnalisti qızlarla bağlı sualını bir neçə dəfə təkrarlamalı olmuşdu. Amma Putin sualdan bacardığı qədər yayınmışdı.

Katerina Tixonova 1986-cı ildə atası Drezdendə işləyəndə doğulub. “Der Spiegel”in iddiasına görə, Tixonova 2017-ci ildə hələ Rusiyanın ən zəngin adamlarından sayılan Kirill Şamalovla nikahda ikən baletmeyster İqor Zelenskidən qız övladı dünyaya gətirib. Bu hadisədən bir az sonra – 2018-ci ilin yanvarında Tixonova ilə Şamalov nikaha son qoyub.

Mariya Vorontsova 1985-ci ildə Sankt-Peterburqda doğulub. O, daha çox uşaq həkimi kimi tanınır. Putinin böyük qızı holland biznesmen Yorrit Faassen ilə ailəlidir. 2014-cü ildə Ukrayna səmalarında Malayziya təyyarəsi vurulanda buna görə Kremli ittiham edən Niderland vətəndaşları Vorontsovanı ölkədən qovmaq tələbini irəli sürmüşdü.

Qərb ölkələri Putinin hər iki qızına sanksiya tətbiq edib. Həm Katerina, həm də Mariya indi Rusiyadadır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »