Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus da Rusiyanın gününə düşdü: Defolt elan ediləcək
Belarus da Rusiyanın gününə düşdü: Defolt elan ediləcək

Belarusun xarici ödənişlər üzrə texniki defolt elan ediləcəyi gözlənilir. Eyni zamanda, ölkənin Maliyyə Nazirliyi büdcənin icrası ilə bağlı hesabatların dərcini dayandırıb və 2022-ci ilin əvvəlki ayları üzrə bütün məlumatları öz saytından silib. Artıq dövlət borcu ilə bağlı vacib məlumatları dərc etmir.

Bizimyol.info xəbər verir ki, Belarus mətbuatının yazdığına görə, ölkənin Maliyyə Nazirliyi qərarını “məlumatların daha müasir təqdimatı üzərində işləmək”lə izah edib. Büdcə statistikasının dərci nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib. Xatırladaq ki, bir neçə ay əvvəl Belarus Respublikasının Maliyyə Nazirliyi (RB) xarici dövlət borcunun vəziyyəti haqqında dərc olunan məlumatların həcmini azaldıb. O, həmçinin borcların ödənilməsinin mənbələri və istiqamətləri haqqında məlumatların dərcini dayandırıb. Qeyd edək ki, ölkə kreditorlarla müqavilələri pozan milli valyuta olan Belarus rublu ilə dövlət borcunu ödəməyə başlayıb. Bu da Belarus defolta düşə biləcəyinə işarədir.

Ukrayna deputatı, maliyyə, vergi və gömrük siyasəti komitəsinin birinci müavini Yaroslav Jeleznyakın sözlərinə görə, Belarusun texniki defoltu iyulun 13-də, yəni bu gün elan oluna bilər.

"İyunun 29-dan əvvəl Belarus 22,9 milyon dollar ekvivalentində "Belarus-2027" avrobondları üzrə kupon ödəməli idi. Nəticədə, iyunun 29-da kuponu Belarus rublu ilə ödədilər”, - deyə deputat izah edib.

Bundan sonra "Fitch" Belarusun uzunmüddətli reytinqini defoltdan əvvəl "C" səviyyəsinə endirib. Vəziyyətin "düzəlməsi" üçün də son tarix - iyulun 13-nə qədər müəyyən edilib. Yəni bu tarixə qədər ödəniş dollarla həyata keçirilməzsə və ya avrobondlar dollarla dövlət istiqrazlarına dəyişdirilərsə, bu Belarusun defoltda olduğunu sübut edcək. Belarus Maliyyə Nazirliyi bəyan edib ki, “Citigroup” və “Citibank” Belarusda fəaliyyətini dayandırdığı üçün o, rublla ödəniş etmək məcburiyyətində qalıb.

“Belarus vəziyyətin fors-major olduğunu israr edir, lakin “Fitch” belə düşünmür” -deyə Jeleznyak qeyd edib. "Onların iqtisadiyyatı artıq çöküb, o, çoxdan süni tənəffüsdə olub. Bu isə "Rusiya iqtisadiyyatı" adlı çürüyən cəsədlə bağlıdır. Sizə xatırladıram ki, bu da artıq defoltdur. Buna görə də, əslində, yeni heç nə yoxdur. Sadəcə, indi onların iqtisadiyyatının ölümcül xəstə olması ilə bağlı rəsmi arayış var”, - deyə Ukrayna deputatı bildirib.

Xatırladaq ki, Kreml Rusiyanın texniki defolt vəziyyətində olduğunu tanımır. Rusiya hakimiyyəti özlərinin birtərəfli qaydada qurduqları qaydalara istinad edir və kreditorları inandırmağa çalışırlar ki, onlar, əslində, bütün öhdəliklərini yerinə yetiriblər. Necə deyərlər, Rusiya borclu olduğu tərəfə borcu ödəyə bilməsə də, iddia edir ki, ödəyirdik, amma borclu olduğumuz tərəf qəbul etmədi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »