Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya ilə müharibənin dayandırılması ilə bağlı hər hansı danışıqların mümkünlüyünü görmür. O bəzi həmvətənlərinin dərhal atəşkəs və Ukraynaya silah tədarükü dayandırılması çağırışını rədd edir.
Bizimyol.info xəbər verir ki, o bu barədə “Stern”ə müsahibəsində bildirib.
"Mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər barədə hətta “Qırmızı Xaç”la razılaşmağa hazır olmayan biri ilə nə danışıqlar aparmaq olar?"?- deyə nazir bildirib. Almaniya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, onun rusiyalı həmkarı Sergey Lavrovla böyük müharibə başlayandan bəri birbaşa əlaqəsi olmayıb.
Berbok qeyd edib ki, o Lavrovun hələ də belə məsələləri həll etmək səlahiyyətinə malik olduğuna şübhə edir. Xatırladaq ki, iyulun əvvəlində Balidə keçirilən G20 xarici işlər nazirlərinin görüşündə Berbok çıxış etdikd'n d'rhal sonra Lavrov çıxış ed'rk'n zal; tərk etdiyi üçün onu dinləməyib.
Berbok həmçinin Almaniyanın bəzi tanınmış şəxslərinin “atəşkəs” altında pərdələnmiş "Ukraynanın faktiki təslim olmasına@ çağıran açıq məktubuna da fikri bildirib. O, qeyd edib ki, o, ukraynlıların yerinə olsaydı, bu məktubu sadəlövh, çaşqın və təkəbbürlü bir addım kimi qəbul edərdi.
Berbok əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin bu müharibəyə başlamaq və aparmaqla rejimi qorumaq və hakimiyyətdə qalmaq üçün öz ölkəsini qurban verir.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna xarici işlər naziri Kuleba demişdi ki, Almaniya və Avropada Putini dəstəkləyən insanlar Rusiyanın Ukraynaya qarşı apardığı böyük müharibədə “qismən günahkardır”. Zaman-zaman Almaniyanın hökumət başçısı Olaf Şolz Putinlə yaxın münasibətlərinə və Ukraynaya hərbi yardım məsələsində qətiyyətsizliyinə görə tənqid olunur.
İlahin, Bizimyol.info