Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyanı izləmək üçün kosmosa əlavə peyklər göndərir
ABŞ Rusiyanı izləmək üçün kosmosa əlavə peyklər göndərir

Bu gün Yeni Zelandiyanın Mahia yarımadasından Rocket Lab-ın Elektron raketi “Wise One Looks Ahead” -ın buraxılması planlaşdırılır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin idarələrarası komandanlıq xətti olan ABŞ Milli Kəşfiyyat İdarəsi üçün ardıcıl iki buraxılışdan birincisi olacaq.

İkinci buraxılışın isə 10 gün sonra baş tutacağı gözlənilir. Bugünkü NROL-162 missiyası Launch Pad A-dan başlayacaq, Antipodean Adventure (NROL-199) isə iyulun 22-dən gec olmayaraq B meydançasından buraxılması planlaşdırılır.

Hər iki missiya Avstraliya Müdafiə Departamenti ilə əməkdaşlıqda NRO tərəfindən hazırlanmış, tikilmiş və idarə olunan ABŞ milli təhlükəsizlik texnikasını daşıyır.

Şirkətin məlumatına görə, kiçik peyklər NRO-ya “beynəlxalq məsələlərin monitorinqini aparan dövlət qurumlarına və qərar qəbul edən şəxslərə vacib məlumat təqdim etməyə” kömək edəcək.

Missiyanın məqsədlərindən biri "Doğru zamanda doğru yerdən alınan məlumatlar və şəkillər, qoşunların hərəkətinin aşkar edilməsidir”.

Şirkətin məlumatına görə, onlar bu ilin əvvəlində ABŞ-ın “BlackSky” kommersiya görüntü provayderləri üçün Ukrayna üzərindəki vəziyyəti izləyən peyk buraxıblar. Rocket Lab raketi artıq oxşar missiyalar üçün istifadə olunub. NROL-151 (RASR-1) avadanlığı 2020-ci ilin əvvəlində, RASR-2 isə həmin ilin iyununda uğurla kosmosa göndərilib. Hazırda göndərilən peyklərin də əsasən Rusiyanın izləyəcəyinə şübhə yoxdur. ABŞ Ukraynaya lazımi kəşfiyyat mçəlumatları verdiyini açıq şəkildə bildirir. Bir müddət əvvəl Ukrayna taxılının Rusiya gəmilərinə yüklənməsini göstərən peyk görüntüləri də açıqlanmışdı.

Rusiya Ukraynadan oğurladığı taxılı gəmiyə yükləyir Rusiya Ukraynadan oğurladığı taxılı gəmiyə yükləyir - Peykdən görüntü

Startdan 60 dəqiqə sonra faydalı yük yuxarı mərhələdən ayrılacaq. Birinci mərhələnin nəzarətli qaytarılması planlaşdırılmır. Missiya üzərində avstraliyalı böyük quyruqlu qartal və qıvrımlı kərtənkələ var fotosu var. Bu, NRO-nun Avstraliya Müdafiə Nazirliyi ilə tərəfdaşlığını simvollaşdırır.

Xatırladaq ki, iyunun 28-də Rocket Lab insanların oraya qayıtmasına yol açmaq üçün “CAPSTONE” kosmik gəmisini Aya göndərdi.

İyulun 12-də isə, ABŞ prezidenti Co Bayden Ceyms Uebb teleskopundan kosmosun dərinliklərinin ilk fotosunu nümayiş etdirib. Bir neçə saat sonra NASA digər fotoları paylaşıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »