Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyaya "xəlvətcə" kömək edən ölkələri açıqlayıb - Siyahı
ABŞ Rusiyaya "xəlvətcə" kömək edən ölkələri açıqlayıb - Siyahı

Maliyyə Cinayətləri ilə Mübarizə Agentliyi (FinCEN) və ABŞ Maliyyə Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) Rusiya və Belarusa ixrac sanksiyalarından yan keçməyə gizli şəkildə kömək edən ölkələrin siyahısını dərc edib. Belə ki, Rusiyaya məhsullar başqa ölkələr vasitəsilə çatdırıla bilər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Siyahıya Ermənistan, Braziliya, Çin, Gürcüstan, Hindistan, İsrail, Qazaxıstan, Qırğızıstan, Meksika, Nikaraqua, Serbiya, Sinqapur, Cənubi Afrika, Tayvan, Tacikistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan daxildir. Ancaq siyahı bununla məhdudlaşmır.

Bəzi hallarda, ABŞ-ın nəzarəti altında mallar qanuni olaraq, bu və digər yurisdiksiyalara digər hazır məhsulların istehsalı üçün xammal kimi ixrac edilə bilər. “Maliyyə Cinayətlərinin Mübarizə Şəbəkəsi (FinCEN) və ABŞ Ticarət Departamentinin Sənaye Bürosu və Təhlükəsizlik (BIS) maliyyə institutlarını fiziki və ya qurumların ixrac nəzarətindən yayınma cəhdlərinə qarşı ayıq olmağa çağırıb.

"Bank Məxfiliyi haqqında Akt ixrac nəzarətindən yayınma şübhəsi olduğu zaman məlumatın və bunun necə edildiyi barədə təfərrüatların açıqlanmasını tələb edir”,- deyə məlumatda bildirilir.

Bir müddət əvvəl G7 ölkələrinin liderləri iyunun sonunda baş tutan sammitin yekunlarına əsasən, Rusiya Federasiyasının aktivlərindən Ukraynaya kömək üçün istifadə etməyə hazır olduqlarını bəyan etmişdilər. Bu məsələ artıq Avropada müzakirə olunub.

Xatırladaq ki, İsveçrə sanksiyalara görə iyulun əvvəlinə qədər Rusiyanın 6,8 milyard dollarlıq (və ya 6,7 milyard İsveçrə frankı) aktivlərini bloklayıb. Həmçinin 15 obyekt dondurulub.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »