Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan və Putin arasında təkbətək görüş baş tutacaq
Ərdoğan və Putin arasında təkbətək görüş baş tutacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi iyulun 19-da İranın paytaxtı Tehranda keçiriləcək üçtərəfli sammitdə görüşəcəklər. Ərdoğan Tehranda Rusiya prezidenti Putin və İran prezidenti Rəisi ilə görüşəcək.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsas gündəliyi Suriya olacaq Astana formatında keçiriləcək üçtərəfli sammit çərçivəsində Ərdoğanın Putin və Rəisi ilə təkbətək görüşləri də planlaşdırılır.

Türkiyə, Rusiya və İranın qarant ölkə olaraq keçirəcəyi görüşlərdə Suriya başlığı altında son vəziyyət, yeni konstitusiya, siyasi həll prosesi, terrorla mübarizə, PKK/YPG terror təşkilatının təqib atəşləri kimi mövzular müzakirə edilib və qaçqınların qayıdışı masada məsələsinə toxunulacaq.

Ərdoğanla Putinin görüşündə bir müddətdir gündəmdə olan Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatının da gündəmdə olacağı gözlənilir. Qeyd edək ki, Ərdoğan ötən gün Putinlə telefon danışığında Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini vurğulamışdı. Danışıqlarda enerji və ərzaq böhranı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsinin də müzakirə olunacağı gözlənilir.

Sammit həm də Rəisinin prezident seçildikdən sonra iştirak edəcəyi ilk görüş olacaq. Üç ölkə arasında Astana formatında sonuncu görüş 2020-ci il iyulun 1-də pandemiya ilə əlaqədar videokonfrans üsulu ilə keçirilib. Sonuncu üz-üzə sammit 16 sentyabr 2019-cu ildə Çankaya Köşkündə keçirilib.

İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan

Xatırladaq ki, Prezident Ərdoğan dünən Qvineya-Bisau prezidenti Umaro Sissoco Embalo ilə də telefon danışığı aparıb. Bayram münasibətilə bir-birini təbrik edən iki lider beynəlxalq əlaqələr və regional məsələləri də müzakirə ediblər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »