Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sanksiyaların "tragikomik" nəticəsi: Rusiyada etiketlər balacalaşacaq
Sanksiyaların "tragikomik" nəticəsi: Rusiyada etiketlər balacalaşacaq

Rusiya Federasiyasında biznes qida qablaşdırması etiketlərinin ölçüsünü azaltmaq tələbi ilə hökumətə müraciət edilib. Çünki hazırda ölkədə kağız və mürəkkəb çatışmazlığı səbəbindən böyük etiketləri çap etmək mümkün deyil.

Bizimyol.info xəbər verir ki, Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko Rusiyanın "məhsulların markalanması sahəsində" milli standartlarının dəqiqləşdirilməsi imkanlarının öyrənilməsini tapşırıb.

Bunlar karton üzərində etiket yerləşdirərkən məhsul məlumatının tutduğu minimum və maksimum sahəni müəyyən edən standartlardır. Sənaye və Ticarət Nazirliyi bildirib ki, məsələ “Rosstandart”-ın səlahiyyətindədir. Təşkilat bu istiqmaətdə təlimat alıb, yaxın vaxtlarda icranın nəticələri barədə məlumat verəcək.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Rospotrebnadzor” və “Roskakkreditasiyanın” nümayəndələri sifarişi aldıqlarını və onun üzərindən “işləyəcəklərini” təsdiqləyiblər.

Qeyd edək ki, ehtimallara göeə, Rusiyaya tətbiq edilən sanksiyalar və genişmiqyaslı müharibə təcavüzkarın iqtisadiyyatının azalmasına gətirib çıxaracaq və onun inkişafını 15 il geriyə salacaq.

Xatırladaq ki, Rusiya Federasiyasına qarşı növbəti 7-ci sanksiylar paketinin tətbiq edilməsi gözlənilir.

Bir müddət əvvəl Rusiyanın ən böyük yük vaqon istehsalçılarından biri olan Tixvin Yük Vaqon Tikinti Zavodu xaricdən gətirilən hissələrin olmaması səbəbindən fəaliyyətini dayandırmalı olub. Zavodda 8000-dən çox insan işləyirdi. Bu Tixvinin bütün sakinlərinin demək olar ki, 20 faizini təşkil edir.

Qeyd edək ki, zavodun işi mayın 17-də dayandırılıb və iyunun 1-dən bərpa olunmalı idi, lakin bu baş verməyib. Əvvəllər zavod üçün hissələr Amerika istehsalçıları tərəfindən təmin edilirdi. İndi onları sanksiyalara görə almaq mümkün deyil, analoqları isə hələ tapılmayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »