Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəmizdə turizmin inkişafı üçün hansı addımlar atılmalıdır?
Ölkəmizdə turizmin inkişafı üçün hansı addımlar atılmalıdır?

Hazırda dünyada turizm sənayesi beynəlxalq xidmət ticarətində ən dinamik inkişaf edən sahələrdən biridir.

Əgər 1950-ci ildə dünya üzrə turistlərin sayı 25 milyon, turizm sənayesinin dövriyyəsi isə 2,1 milyard dollar idisə ABŞ, o zaman BMT-nin Dünya üzrə 846,0 milyon turist gəlişi qeydə alınıb və beynəlxalq turizm gəlirləri 733 milyard dollara çatıb. Beynəlxalq turizm 20-ci əsrin 60-70-ci illərindən etibarən bütün dünyanı əhatə etmişdir. Nəticədə demək olar ki, bütün ölkələrin iştirak etdiyi qlobal turizm bazarı formalaşmışdır.

Eyni zamanda, beynəlxalq turist axınlarının dinamikası son dərəcə qeyri-bərabərdir ki, bu da ilk növbədə dünya ölkələrinin və regionlarının sosial-iqtisadi inkişafının müxtəlif səviyyələri ilə bağlıdır.

Turizm həm bütövlükdə ölkə, həm də onun ayrı-ayrı regionları üçün iqtisadiyyatın inkişafında ən mühüm sahələrdən biridir. Lakin bir sıra xarici ölkələrdən fərqli olaraq ölkəmizdə daxili turizmin istiqaməti zəif inkişaf etmişdir ki, bu da əksər hallarda turizm infrastrukturunun inkişaf səviyyəsinin aşağı olması, turist xidmətlərinin qiyməti ilə keyfiyyəti arasında uyğunsuzluq, turizmin aşağı səviyyədə olması ilə bağlıdır.

Məlum olduğu kimi 2016 və 2019 cu ildə Azərbaycanda turistlərin artımı müşahidə olunurdu və təbii ki yüksək səviyyədə davam edirdi. Bu sözləri Azərbaycan sağlamlıq və Turizm Assosiasiyasının sədri Ruslan Quliyev Bizimyol.info saytına açıqlamasında qeyd edib.

Təssüflər olsun ki son dönəmlərdə dünya təhdid altındadır, pandemiya bütün sahələrdə olduğu kimi turizmdən də yan keçmədi. Bu həm statistikada , həm iş yerlərdə öz mənfi təsirini göstərdi. Ancaq qeyd edə bilərik ki, artıq bu ildən mərhələli şəkildə bərpa etmə prosesləri həyata keçirməyi düşünürük və keçiririk. Bu da artıq öz nəticəsini göstərir. Azərbaycana yüzdən çox ölkədən turist axını olur. Əlbətdə biz gözləyirdik ki,iyulun 1 dən quru sərhədləri açılsın , bir tərəfdən Naxçıvan-Türkiyə sərhədinin bağlanması da turist axınına öz mənfi təsirini göstərir. Amma biz ümüd edirik ki, bərpa prosesləri davam edir və yaxınlarda biz quru sərhədlərin açılmasının şahidi olacayıq bu da müsbət nəticələrlə qarşılanacaq. Azərbaycana əsasən turistlər Hindistan, Pakistan, körfəz ölkələrdən gələnlər çoxluq təşkil edir. Son zamanlar işgüzar səfərlərlə əlaqədar Turikiyə və başqa ölkələrdən gələn turistlərin çoxluğunu da müşahidə etmək olur. Son dövrlərdə baş verən Rusiya-Ukrayna müharibələri dünya ölkələri üçün bir çox fəsadlar yaratsa da Azərbaycan üçün turist baxımından bəzi imkanlar açdı.

Bir çox ölkələrdən - məsələn orta Asiya ölkələri müasir ipək yolu layihəsi çərçivəsində türk dilli ölkələrin bir birinə səyahət etməsini genişləndirmişdir.

Çimərlik turizminə gəldikdə Azərbaycanda bu turizm hələ sovet dövrdən papulyar idi . Əfsuslar olsun ki, hazırda Xəzər dəniz imkanlarından dərindən istifadə edə bilmirik, ancaq bir çox perspektivlər dəniz turizmin inkişafı üçün həyata keçirilir. Özəlliklə qeyd edim ki, 6 il bundan qabaq Mavi bayraq hərəkatı Azərbaycanda təşəbbüs etmişdir. Burda əsasən 4 kreteriyaya: təhlükəsizlik,ekoloji təmizlik, gigiyena və məlumatlandırma kreteriyaları üzrə keçirildi. Təsəvvür edin Azərbaycanda əgər bu layihəyə hər il qoşula bilsə və ölkəmizdə mövcud olan çimərliklərin ətrafından keçdikdə insanları heç bir təklifsiz rahatçılıqla cəlb edilə bilər. Əslində Xəzər dəniz sahilində olan istirahət yerləri dövlət strukturları ilə işləməlidir. Sahibkarlara verilən yerlərlə bağlı müqavilələr müasirləşdirilməlidir və günün tələblərinə cavab verməlidir.Təssəvür edin ki Sovet dövründə Pribaltikada mavi bayraq daşıya bilən ərazilər xeyli çox idi. Türkiyədə hazırda 497 dir. Düşünürəm ki gələcəkdə Xızı - Şabran, Siyəzən istiqamətinin də çox nümunəvi bir çimərlik olması üçün imkanları genişləndirəcəkdir. Xaçmazda Nabran bölgəsində də çox ciddi infrastruktur tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Havar

Son xəbərlər
Bütün xəbərlər »