Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sehr və caduya dinimizin baxışı birmənalıdır - mənşəyi məhv edilməlidir"
"Sehr və caduya dinimizin baxışı birmənalıdır - mənşəyi məhv edilməlidir"

Bir neçə gün öncə dənizin kənarında qarşıma bir qıfıl çıxdı. Üzəri çox sayda rəngli sapla bağlanmışdı. Dənizin suları onu vurub kənara atmışdı. Bir qədər kənarda isə, qırılmış gəlincik başına çox sayda iynə sancılmışdı...

Cadu... Əzəldən insanlar sevmədikləri, qısqandıqları, paxıllıq etdikləri insanlara zərər vermək üçün bu ayinlərdən istifadə edir. Cadu edildiyinə görə, ağır xəstəliyə tutulanlar, ailəsi dağılanlar, yurd-yuvasından uzaq düşən kifayət qədər insan var. Əslində dinimiz cadu və sehri qadağan edir. Təəssüf olsun ki, bəşəriyyət yaranandan bu insanlarla mübarizə öz nəticəsini verməyib. Bu gün də sosial şəbəkələrdə falçılıq fəaliyyəti ilə məşğul olan, cadu və sehr edən insanlar var.

İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sehr və cadu məsələsi ən qədim xalqların mədəniyyətində özünə yer etmiş ayinlərdən biridir.

İbrahim Quliyev İbrahim Quliyev

"Sehr və cadunun qədimliyi bəşər mədəniyyətinin elə bir dövrünə təsadüf edir ki, hələlik onun dəqiq tarixini müəyyən etmək qeyri-mümkündür. Quran-i Kərimə baxdığımız zaman orada uca Tanrı 50-dən artıq ayədə sehr və cadudan danışıb. Bəzən peyğəmbərlərə sehr və cadu etməyə çalışıblar. Bəzən peyğəmbərlər sehr və cadunun məhv edilməsi yolunda çalışıblar. Bir sözlə, sehr və cadu məsələsi elə bir məsələdir ki, həm Quran-i Kərimdə, həm də peyğəmbər ə.s.-ın mübarək kəlamlarında öz əksini tapmışdır:

“Peyğəmbər ə.s. sehr və cadu haqqında buyurur ki, “7 əməldən çəkinin. Bir neçə əməli sadaladıqldan sonra sehr və cadudan çəkinin” deyə buyurmuşdur.  “Hər kəs daimi sehr və cadu ilə məşğul olan insnaın yanına gedib-gəlsə, onun dediklərini təsdiqləsə, həzrəti Məhəmməd ə.s.-ə nazil edilənlərə iman gətirməmişdir” kimi hədislər var. Başqa bir hədisdə isə, “əgər sehr və cadu ilə məşğul olan şəxs tövbə etməsə, öldürülməlidir” deyə qeyd edilir.

Sehr və caduya dinimizin baxışı birmənalıdır. Sehr və cadunun mənşəyi məhv edilməlidir. Sehr və cadu elə bir ayindir ki, insanlar arası inanc sistemini məhv edir. Bir-birinə olan bağlılığını məhv edir” - deyə ilahiyyatçı əlavə edib.

Mütəxəssis bildirir ki, sehr və cadunun təsiri var. Əgər sehr və cadunun təsiri olmasaydı, dinimiz bunu qadağan etməzdi. Sehr və cadunun mənfi təsiri olduğunua görə, dinimiz, Quran-i Kərim, peyğəmbərimiz, onun səhabələri onunla məşğul olmağı qadağan ediblər. Hətta sehr və cadu ilə məşğul olan adam öz əməlindən əl çəkməsə, onu müsəlman cəmiyyətindən uzaqlaşdırırlar.

İlahiyyatçı qeyd edir ki, müasir dünyamızda Azərbaycanda və digər ölkələrdə sehr və cadu adı altında müəyyən rituallar həyata keçirilir. Bəs bu ayinlərə inanmaq olarmı?

Daha ətraflı müsahibə videosuna aşağıdakı ekrandan baxa bilərsiniz:

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »