Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial etirazların davam etdiyi ölkədə prezident hərbi təyyarə ilə qaçdı
Sosial etirazların davam etdiyi ölkədə prezident hərbi təyyarə ilə qaçdı

İqtisadi böhrana görə etirazlardan sonra istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Qotabaya Rajapaksanın ölkədən qaçdığı təsdiqlənib.

Bizimyol.info xəbər verir ki, Şri Lanka Hərbi Hava Qüvvələri Rajapaksa və həyat yoldaşının Maldiv adalarına getdiyini açıqlayıb. İmiqrasiya rəsmilərinin verdiyi məlumata görə, Rajapaksa bu gün səhər tezdən əsas beynəlxalq hava limanından havaya qalxan Antonov-32 tipli hərbi təyyarə ilə ölkəsini tərk edib.

Bildirilir ki, iqtisadi böhrana görə başlayan etirazlar nəticəsində bu gün istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Rajapaksa ötən bazar ertəsi tarixli istefa məktubunu imzalayaraq parlament sədrinə göndərib. Prezident olduğu müddətdə Şri-Lanka qanunlarına görə toxunulmazlığa malik olan Rajapaksanın həbs olunmamaq üçün istefa verməmişdən əvvəl ölkəni tərk etməyə çalışdığı güman edilir.

Bu yaxınlarda etirazçıların prezident iqamətgahına basqın etməsindən sonra qaçan 73 yaşlı Qotabaya Rajapaksa ölkəni tərk etmək üçün bir neçə dəfə cəhd edib. Rajapaksa bazar ertəsi, iyulun 11-də Bandaranaike Beynəlxalq Hava Limanından kommersiya reysi ilə Dubaya qaçmaq istəyib, lakin hava limanının VIP əməkdaşlarının xidmət göstərməməsi və onu ictimai piştaxtaya yönəltməsi ilə bağlı ictimai reaksiyadan qorxaraq imtina edib.

Bir təhlükəsizlik rəsmisinin açıqlamasına görə, hərbi təyyarə ilə Hindistana getmək istəyən Rajapaksanın eniş icazəsi prosedurlarının uzanması səbəbiylə 12 İyul Çərşənbə axşamı günü dəniz yolu ilə qaçmağa çalışdığı öyrənilib.

Digər tərəfdən, baş nazir Ranil Wickremesinghe, davam edən hadisələrlə əlaqədar bu gün ölkə daxilində fövqəladə vəziyyət və qərb bölgələrində komendant saatı elan edib.

"Prezident səlahiyyətlərini icra edən baş nazir ümummilli fövqəladə vəziyyət elan etdi və ölkənin qərb əyalətində komendant saatı tətbiq etdi" dedi Wickremesinghe-nin mətbuat müşaviri Dinouk Colombage Reuters-ə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »